Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib
15 mart 2026-cı il tarixdə Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
"Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan, təqribən, bir həftə öncə mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər", – deyə qeyd olunub.



