Nazir: Dövlətdən əməkhaqqı alan müəllim uşaqların öyrənməsi üçün məsuliyyət daşıyır
“Təhsil sisteminin mahiyyəti uşağı ali təhsil müəssisəsinə hazırlamaq deyil. Bu bizim hazırda mövcud olan mədəni problemimizdir. Biz təhsilin məqsədini universitetə qəbul olub-olmamaqda görürük”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” verilişində söyləyib.
Nazir bildirib ki, indiki təhsilin mahiyyəti “yarış”dır:
“Repetitorluq dediyimiz işin mahiyyəti təhsili “yarış” üzərində qurmaqdır. Ali təhsil defisit məhsul deyil, hamı üçündür. Bizim məqsədimiz “repetitorluğu azaltmaqdır,- demirik. Amma bu islahatın belə təsirləri olacaq. Dövlətdən əməkhaqqı alan müəllim uşaqların öyrənməsi üçün məsuliyyət daşıyır. Təhsilin bütün mahiyyəti buradadır: uşaq öyrənir, yoxsa öyrənmir? Uşaqlar öyrənmirsə, etdiyimiz işin heç bir mahiyyəti yoxdur”, - deyə nazir qeyd edib.




