Nazir: "Günahkar yalnız müəllimdir" demək doğru deyil

21 Noyabr, 2025 - 15:45
Nazir: "Günahkar yalnız müəllimdir" demək doğru deyil

“Təklif olunan yeni model müəllimi məktəbə bağlamaqla, Azərbaycan müəllimini gündüz burada, axşam orada işləmək məcburiyyətində qoymamalıdır, Azərbaycan müəlimini bir yerdə işləməyə sövq etməlidir”. 

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzi” proqramında çıxışında deyib. 

“Dərsdən sonra şagirdlərinə repetitorluq edən müəllimlər var ki, bu da sistemlə bağlı problemdir. Bu işdə müəllimi günahlandırmaqla bir şey olmur. Çünki bu, 10 illər ərzində formalaşmış bir məsələdir. Burada "yalnız günahkar müəllimdir" demək doğru deyil”, – deyə nazir əlavə edib.