Nazir: İşğaldan azad edilmiş ərazilərdə yeni mədəniyyət ocaqlarının yaradılması əsas prioritetlərdəndir

11 Fevral, 2026 - 11:41
Nazir: İşğaldan azad edilmiş ərazilərdə yeni mədəniyyət ocaqlarının yaradılması əsas prioritetlərdəndir

“Böyük Qayıdış” Proqramı çərçivəsində Mədəniyyət Nazirliyinin fəaliyyəti çoxşaxəlidir və sistemli şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə mədəni infrastrukturun bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması və milli-mədəni irsin qorunması əsas prioritetlər sırasındadır.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında səsləndirib.

"2025-ci ildə bu istiqamətdə mühüm layihələr icra olunmuş, yeni mədəniyyət komplekslərinin inşası və mövcud obyektlərin bərpası üzrə genişmiqyaslı işlər görülüb. Cari ildə isə artıq həyata keçirilən layihələrin real nəticələrinin əldə olunacağı gözlənilir", - deyə nazir qeyd edib.