Nazir: Məktəb avtobusları ilə bağlı konkret tapşırıqlar var

6 Fevral, 2025 - 16:40
Nazir: Məktəb avtobusları ilə bağlı konkret tapşırıqlar var
Nazir: Məktəb avtobusları ilə bağlı konkret tapşırıqlar var

“Məktəb avtobusları ilə bağlı konkret tapşırıqlar var. Biz yaxın zamanlarda onları görəcəyik”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu avtobusların fəaliyyəti Bakıda yollarda nəqliyyat sıxlığının azalmasına təsir göstərəcək.