Nazir müavini iqlim dəyişikliyi mövzusunda beynəlxalq müzakirədə iştirak edib

18 Noyabr, 2024 - 17:59

Bu gün COP29 çərçivəsində Qırğız Respublikasının Təhsil və Elm Nazirliyinin “İqlim dəyişikliyi: İqlim dəyişikliyinin təsirinin azaldılması, adaptasiya və təhsil sistemində həlli yolları” mövzusuna həsr olunmuş əlavə tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Asiya İnkişaf Bankının, UNİCEF-in, UNITAR-ın, ANO Sənaye Qidalanma İnstitutunun nümayəndələri, həmçinin Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak ediblər.

İştirakçılar iqlim böhranı kontekstində təhsil sisteminin rolu ilə bağlı fikirlərini bölüşüblər.