Nazir müavini: Ötən il 850 mindən çox kitab elektronlaşdırılıb

11 Fevral, 2026 - 12:00
Nazir müavini: Ötən il 850 mindən çox kitab elektronlaşdırılıb

Kitabxanalarda fəaliyyətin təkmilləşdirilməsi Mədəniyyət Nazirliyinin əsas prioritetlərindən biridir. Hazırda ölkə üzrə 3 minə yaxın kitabxana fəaliyyət göstərir və onların işinin təkmilləşdirilməsi əsasən rəqəmsallaşma və kadr potensialının artırılması istiqamətində həyata keçirilir. Bu məqsədlə Bakı və regionlarda mütəmadi olaraq təlimlər təşkil olunur.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında səsləndirib.

Onun sözlərinə görə, ötən il 850 mindən çox kitabın elektronlaşdırılması prosesi həyata keçirilib. Eyni zamanda, kitabxanalar beynəlxalq fəaliyyət sahəsində də fəallıq göstərib, müxtəlif əməkdaşlıq layihələrində iştirak edib. Bununla yanaşı, nadir əlyazmaların ölkəyə qaytarılması istiqamətində də mühüm addımlar atılıb.