Nazir müavini: Şagirdlərin iqlim dəyişikliyi ilə bağlı bilik və bacarıqlarının ölçülməsi COP29-un mirası olacaq

13 Noyabr, 2024 - 21:05

“Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dünyanın aparıcı ölkələri iştirak edir. Ölkəmiz PISA qiymətləndirməsini həyata keçirən təşkilatlarla birlikdə təhsil ilə bağlı ən vacib alət olan PISA qiymətləndirməsində şagirdlərin iqlim savadlılığının yoxlanılması təşəbbüsünü irəli sürüb”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

O bildirib ki, təşəbbüsə uyğun olaraq dünya miqyasında şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən bu proqramda 2029-cu ildə iqlim dəyişikliyi mövzuları da əhatə olunacaq: 

“Bunun üçün xeyli iş görülməlidir. İlk növbədə, çərçivə sənədi, suallar hazırlanmalıdır. Ölçmə alətləri düzgün tənzimlənməlidir. Biz düşünürük ki, qlobal səviyyədə şagirdlərin iqlim dəyişikliyi ilə bağlı bilik və bacarıqlarının ölçülməsi COP29-un qalıcı mirası olacaq.