Nazir: Müəllimlər üçün vahid formanın tətbiqi nəzərdə tutulmur

11 Sentyabr, 2025 - 11:38
Nazir: Müəllimlər üçün vahid formanın tətbiqi nəzərdə tutulmur
Nazir: Müəllimlər üçün vahid formanın tətbiqi nəzərdə tutulmur

Müəllimlər üçün vahid formanın tətbiqi nəzərdə tutulmur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün media üçün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Nazir bildirib ki, müəllimlərin etik davranış qaydalarında onların geyim qaydaları ilə bağlı tövsiyyələr təqdim edilib: “Lakin yaxın gələcəkdə ümumi orta müəssisələrdə çalışan müəllimlər üçün vahid geyim formasına keçilməsi nəzərdə tutulmur”.