Nazir Bilik Günü ilə bağlı təhsil ictimaiyyətini təbrik edib
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı təhsil prosesinin iştirakçılarını təbrik edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, nazir sosial hesabında paylaşdığı təbrikdə bütün müəllim, tələbə və şagirdləri təbrik edib:
"Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!
Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız, yenidən təhsil həyatına qayıdan şagird və tələbələrimiz, onları sevgi və məsuliyyətlə qarşılayan müəllimlərimiz üçün xüsusi gündür.
Yeni tədris ilinin bütün təhsilalanlar, müəllimlər və təhsil ictimaiyyəti üçün uğurlu və məhsuldar olmasını arzulayıram. Bilik Gününüz mübarək!"




