NDU-da Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb
Naxçıvan Dövlət Universitetində Abituriyent Məsləhət Mərkəzi fəaliyyətə başlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 9–19 avqust tarixlərində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzində ixtisas seçimi və qəbul prosesi ilə bağlı peşəkar və ödənişsiz məsləhət xidmətləri təqdim edilir. Bura ixtisas seçiminə dəstək, ixtisaslar haqqında ətraflı məlumat, ikili diplom layihələri barədə məlumat,təhsil tələbə krediti ilə bağlı izahat daxildir.
Abituriyentlər və valideynlər hər gün saat 10:00- 17:00 arası müraciət edə bilərlər. Yaxud da +99436 544 08 61 və +99460 777 1967 ("whatsapp") nömrələri ilə əlaqə saxlaya bilərlər.



