Bütün xəbərlər
17 yanvar, 13:51

Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri hesab olunan “20 Yanvar”ın 35-ci ildönümü Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) anılıb. 

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Anım tədbirində ümummilli lider Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova 20 Yanvar faciəsini xalqımızın azadlıq və müstəqillik yolunda göstərdiyi qəhrəmanlıq və milli iradənin təcəssümü kimi dəyərləndirib. Bildirib ki, 20 Yanvar yalnız Sovet İttifaqının öz vətəndaşlarına qarşı törətdiyi amansız vəhşilik deyil, eyni zamanda bu rejimin süqutunun başlanğıc nöqtəsi idi.

“20 Yanvar azərbaycanlıların azadlıq uğrunda mübarizə əzmini nümayiş etdirdi. Sovet rəhbərliyi xalqımızı qorxuyla susdurmağa çalışsa da səhəri gün şəhidlərimizin dəfninə milyonlarla insan qoşuldu. Bu, xalqımızın SSRİ rəhbərliyinə etiraz səsi, müstəqillik uğrunda mübarizə mesajı idi.” – deyə rektor bildirib.

Rektor çıxışında ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Moskvada Azərbaycanın haqq səsini dünyaya çatdırdığını vurğulayıb. 1993-cü ildən sonra məhz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib. Ölkəmizin müstəqilliyi möhkəmlənib, güclü ordu yaradılıb və inkişafının əsası qoyulub.

Ulu Öndərin ordu quruculuğu sahəsində  başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Bunun nəticəsidir ki,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 ildən sonra əzəli torpaqlarını düşmən tapdağından qurtardı. Həmçinin 44 günlük Vətən müharibəsi xalqımızın milli ruhunu, gəncliyimizin qəhrəmanlığını və mübarizə əzmini bütün dünyaya göstərdi: “Müharibə zamanı Azərbaycan gəncləri, əsgər və zabitlərimiz öz həyatları bahasına böyük qəhrəmanlıq göstərərək xalqımızın şərəfini qorudular. Şuşanın azad olunması ilə yekunlaşan bu mübarizə həm şəhidlərimizin ruhuna ehtiram, həm də tarixi ədalətin bərpası oldu”.

Rektor bildirdi ki, Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq xalqımız bu faciəni yaddan çıxarmır, dərin hörmət və ehtiramla yad edir. Xalqımız kimi AzMİU kollektivi də şəhidlərimizi unutmur və xatirəsini daim uca tutur. Universitetimizdə yaradılan şəhidlər guşəsi bizim üçün müqəddəs bir yerdir, burada şəhid olmuş məzun və əməkdaşlarımızın adları həkk olunub. Bu guşə tələbələrimiz üçün qəhrəmanlıq və vətənpərvərlik guşəsidir. Biz hər zaman şəhidlərimizə borcluyuq, onların fədakarlığı sayəsində bu gün müstəqil və güclü bir dövlətə sahibik.

İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev də çıxışında 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşındakı əhəmiyyətini vurğulayıb. Qanlı Yanvar hadisələrini xalqımızın azadlıq uğrunda başladığı mübarizənin ilkin addımları kimi dəyərləndirib və 44 günlük Vətən müharibəsi, anti-terror əməliyyatları ilə yekunlaşdığını söyləyib. Gəncləri şəhidlərin qanı ilə yazılan şanlı tariximizi unutmamağa və gələcək nəsillərə ötürməyə səsləyib.

AzMİU-nun Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Nemət İmanov çıxışında 20 Yanvar hadisələri haqqında ona və onun kimi gənclərə məlumat verən müəllimlərə, ziyalılara təşəkkür edib və bu tarixi yaddaşın 44 günlük müharibə zamanı gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsinə, onların şücaət göstərməsinə təsirindən danışıb.  

Anım tədbirinin sonunda iştirakçılar universitetdəki şəhidlər guşəsinə tər güllər düzərək Vətənin qəhrəman oğullarının müqəddəs ruhuna ehtiramlarını ifadə ediblər. 

1 /5

Xəbər lenti

22 yanvar, 09:34

İki universitetimiz dünyanın ən yaxşı fənn reytinqinə daxil olub

21 yanvar, 21:18

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

21 yanvar, 20:20

LDU-nun ictimai nəzarət qrupu imtahan prosesini izləyib

21 yanvar, 18:03

İbtidai siniflərin tədris binasının ayrı olması daha yaxşı olardı - TƏKLİF

21 yanvar, 17:27

İmişlidə qəzada yaralanan məktəblinin vəziyyəti açıqlanıb 

21 yanvar, 17:01

Cəzaçəkmə müəssisələrindəki məktəblərdə 667 şagird təhsil alır - ÖZƏL

21 yanvar, 16:37

Çin ilk dəfə kosmosda oksigen əldə edib

21 yanvar, 16:33

İbtidai sinif şagirləri arasında hansı bullinq növlərinə rast gəlinir? - AÇIQLAMA

21 yanvar, 16:28

Bu məktəblərdə iki proqramlaşdırma dili öyrədilir – MÜSAHİBƏ

21 yanvar, 16:27

4SİM rəqəmsal bacarıq boşluğunu aradan qaldırır

21 yanvar, 16:12

NASA-nın “Hubble” teleskopu Andromeda qalaktikasının gizli tarixini araşdırır

21 yanvar, 15:47

Bullinq qurbanlarının çoxu oğlanlardır - MÜSAHİBƏ 

21 yanvar, 15:41

Yüksək proteinli ət insanların koqnitiv bacarıqlarını inkişaf etdirib - TƏDQİQAT

21 yanvar, 15:34

Quba-Xaçmaz bölgəsində fənn olimpiadalarında uğur qazanan şagirdlərin sayı artıb

21 yanvar, 15:32

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib - Qərar

21 yanvar, 15:09

Mərhəmətə sığınanlar - REPORTAJ

21 yanvar, 14:37

Naxçıvanın “ASAN xidmət” mərkəzində ilk dəfə təhsil xidmətlərin göstərilməsinə başlanılıb

21 yanvar, 13:00

Şagirdlərin tərbiyəsində düzgün təlim strategiyalarının seçilməsi

21 yanvar, 12:22

AzMİU Kunayev Universiteti ilə birgə layihələr həyata keçirəcək

21 yanvar, 12:10

“Çıxın otaqdan, dərsimə mane olursunuz” – “Müəllimliyin insanlıq fəlsəfəsi”

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.