Bütün xəbərlər
test
8 oktyabr, 10:19

Bu gün 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin iştirak etdiyi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sonuncu günüdür. 

“Azərbaycan müəllimi” olaraq açılış günü bu sərgiyə dəvət edildik və həmin gün bəlkə də sərginin ilk ziyarətçilərindən idik.

2 oktyabr, yəni sərginin ilk günü hava yağışlı idi. Buna baxmayaraq fotoqrafımız və mən Bakı Ekspo Mərkəzinə çatanda orada çox sayda məktəblini, onların valideynlərini və müəllimləri gördük. Şagirdlər elə həvəslə kitab stendlərinə yaxınlaşır, müəllimlərindən sərgidəki digər kitablar haqda soruşurdular ki, bu maraq insanı sevindirirdi. 

Media olaraq təbii ki, bir tərəfdən də gözümüz rəsmi şəxslərin gəlişində idi. Rəsmilər gələnə qədər sərgini gəzib, stendlər ilə tanış olmaq qərarına gəldik. Sərginin Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunması məni bununla bağlı maraqlı danışa biləcək müsahib axtarmağa sövq edirdi. 

Elə bu zaman fotoqrafımız bizimlə üz-üzə olan stendi göstərib: “Bax, bu, deyəsən, əsas stenddir, çünki Məhəmməd Füzulinin əsərləri sərgilənir”, - dedi.

Adətən müsahibələri planlaşdırıb, hazırlaşaraq getdiyim üçün bu dəfəki müsahibimə elə bil biraz ədalətsizlik etmiş olduğumu düşünüb, yaranan müsahibə fürsətini də qaçırmamaq üçün birbaşa ona yaxınlaşdım. Pozitiv, yüksək səslə: “Salam necəsiniz? Yorulmayasınız, deyəsən, sərginin ən səliqəli stendi sizinkidir”, - dedim. 

- Salam, xoş gəldiniz, buyurun stendimiz ilə tanış ola bilərsiniz. Bu, Azərbaycan Milli Kitabxanasının stendidir. 

Beləcə, M.F.Axundov adına Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsinin müdiri Gülsəidə Abdullayevanın “Azərbaycan müəllimi”nə planlanmamış müsahibəsi alındı. Müsahibəni təqdim edirik:

- Gülsəidə xanım, bu stend haqda məlumat verə bilərsiniz?

- Bu stenddə dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar olaraq, əsasən onun nəşr edilmiş daşbasma əsərləri, əlyazmaları, əfsus ki, əlyazmaların əsli deyil, nüsxədir, Ulu Öndər Heydər Əliyevlə bağlı nəşrlər, Yaşıl dünya kolleksiyası və kitabxananın il ərzində hazırladığı biblioqrafiyalar nümayiş olunur. Burada sərgilənən əlyazmalar Füzulinin Drezdendə, Vatikanda saxlanılan əlyazmalarının surətləridir. Füzuli haqda təzkirələr və onun yaradıcılığının ilk tədqiqatçılarından olan Həmid Araslının tədqiqat əsərlərini bu stenddə görmək olar. 

- Füzulinin hansı əlyazmaları bu stenddə nümayiş olunur?

- Sərgimizdə Füzulinin 4 əlyazma nüsxəsi var. Bu əlyazmanın əsli Miçiqan Universitetinin kitabxanasında saxlanılır. Bu əlyazmalarda siz “Leyli və Məcnun”, “Bəngü-badə” əsərlərini görə bilərsiniz. 

Bizi Drezden kitabxanasında saxlanılan əlyazmanın surəti ilə tanış edən Gülsəidə xanım onun necə nəfis tərtibatda olmasından sevgi ilə danışırdı: “Burada mükəmməl miniatürləri görmək mümkündür, gözəl əlyazmadır” (Əlyazmanın iç tərəfini göstərir).

“Bu gün sərgi bitir, amma bu əlyazmalar hər kəs üçün əlçatandır. Kitabaxanamıza gələrək əlyazma nümunələri ilə əyani formada tanış olmaq mümkündür”, - deyə müsahibimiz əlavə edir.

- Kitabxanadan söz düşmüşkən, nadir kitabların saxlandığı fond haqda biraz məlumat verə bilərsiniz? 

- 1962-ci ildən fəaliyyətə başlayan Nadir Kitablar Fondunda 16 dildə təxminən 5000-ə yaxın ədəbiyyat saxlanılır. Şöbədə nəşriyyat tarixinin ən qədim dövrlərini əhatə edən kitablar mühafizə edilir. Ən qədim nümunəmizin nəşr tarixi 1573-cü ilə aiddir. Bu günümüzədək nadir kitab meyarına uyğun gələn nəşrləri burada görmək olar. Respublikaya səfər edən turistlər nadir kitablar ilə yaxından maraqlanırlar.

Eyni zamanda dünya ədəbiyyatında məxsusi yeri olan klassik ədəbiyyat nümunələrimizin daşbasma nəşrləri fondumuzun ən dəyərli parçaları hesab edilir. Onların hər biri kitabların əslidir. Bu kitablar millətimizin milli xəzinəsidir. Tarix dəyişir, dövlətlərin sərhədləri də dəyişir, dəyişməyən nədir, bizim yazılarımız. Söz hər zaman qalacaqdır. 

Azərbaycan müəlliflərinin dünya kitabxanalarında saxlanılan əsərləri ilə yaxından maraqlanan mütəxəssis kimi fikriniz maraqlıdır. Dünya tədqiqatçıları Azərbaycan klassiklərinin əsərlərini hansı sıxlıq ilə istifadə edirlər?

- Bu gün dünya kitabxanalarında Azərbaycan müəlliflərinin 10 mindən çox əsəri qorunur. Nəinki Avropanın, dünyanın elə bir ölkəsi yoxdur ki, orada Nizami Gəncəvinin, Füzulinin köçürülmüş əlyazması olmasın. Sualınıza gəldikdə isə, Azərbaycan klassiklərinin yaradıcılığı Avropa tədqiqatçılarının hər zaman diqqət mərkəzində olub. 

Son məlumatalara görə, təkcə Nizami Gəncəvinin dünya kitabxanalarında ümumilikdə, (nüsxələr də daxil) təxminən 3500 əlyazması saxlanılır. Bəzən kitabsevərlər buna qısqanclıqla yanaşır. Niyə bizdə əlyazmaların əsli yoxdur? Amma dünya qoy kəşf etsin və Azərbaycan ədəbiyyatının qüdrətini görsün. 

Sonda müsahibimizə minnətdarlıq bildirib, o stenddən uzaqlaşdıq. Elə bu zaman sərginin rəsmi açılışı üçün artıq aparıcının Xalq yazıçısı Anar Rzayevi səhnəyə dəvət etdiyini gördük.

Yetər Kərimli

Foto: Kənan Qafarov

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.