21 noyabr 2024

Bütün xəbərlər
test
14 oktyabr, 12:20
430

Müəllimlik peşəsi hər zaman yüksək qiymətləndirilmiş və cəmiyyətimizdə böyük hörmətə layiq görülmüşdür. Müəllimlər yalnız bilik öyrədən deyil, həm də gənc nəslin formalaşmasında, onların əxlaq və dəyərlərini inkişaf etdirməkdə önəmli rol oynayan şəxsiyyətlərdir. İnteqrasiya təlimli internat tipli gimnaziyada çalışan müəllimlər də məhz belə fədakar və öz işlərinə ürəkdən bağlıdırlar.

“Azərbaycan müəllimi” olaraq gimnaziyanın fəaliyyəti və təhsil prossesini daha yaxından öyrəndik.

Bizi gimnaziyanın təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əsədova qarşıladı. Söhbət zamanı bildirdi ki, məktəb 2022-ci ildə əsaslı təmir olunaraq, yenidən istifadəyə verilib. Burada Mingəçevir şəhəri ilə yanaşı Yevlax, Ağdaş, Goranboy şəhərlərindən də təhsil alan şagirdlər var. Məktəbin 2 tədris binası bir yeməkxanası var. 1-ci tədris binasında əsas dərslər tədris olunur. 2-ci tədris binasında məşğələlər və istirahət otaqları yerləşir. Burada şagirdlər üçün hər bir şərait yaradılıb. Buna görə uzaq məsafədən gələn şagirdlər rahatlıqla gimnaziyada qalırlar.

Burada ailə himayəsindən qismən məhrum uşaqlar da təhsil alırlar. Dərslər nahar fasiləsinə qədər yekunlaşır, sonra isə tərbiyəçi müəllimlərin nəzarəti altında ev tapşırıqları yerinə yetirilir. Bu, aztəminatlı ailələrin uşaqlarının repetitor hazırlığına ehtiyac qoymur və şagirdlərin hərtərəfli təhsil almasına şərait yaradır.
Məktəbin həkimi İsmayılova Ləman şagirdlərin sağlamlığına xüsusi diqqət yetirildiyini bildirdi. O qeyd edir ki, uşaqların fiziki və psixi sağlamlıq vəziyyətini nəzarətdə saxlamaq, onların məktəbdə rahat şəraitdə təhsil almasını təmin etmək üçün onlarla mütəmadi ünsiyyətdə olur. Bu diqqət, şagirdlərin sağlamlığını qorumaqla yanaşı, onların təhsildə daha fəal və uğurlu olmalarına kömək edir. 

Müəllim yanaşması

İbtidai sinif müəllimi olan Günel Əhmədova ilə də həmsöhbət oluruq. O vurğulayır ki, burada hər bir müəllim uşaqların inkişafını və rahatlığını təmin etmək üçün əzmlə fəaliyyət göstərir. Şagirdlərə həm bilik verilir, həm də sevgi ilə əhatə olunur ki, bu da onların daha yaxşı təhsil almalarına şərait yaradır. Bu müəllimlərin zəhməti şagirdlərin təhsil həyatını işıqlı və ümid dolu edir.

Tərbiyəçi müəllimə Mətanət İsmayılova  şagirdlərin günün ikinci yarısını səmərəli keçirmələrinə xüsusi diqqət yetirildiyini deyir. Onlar, şagirdlərin ev tapşırıqlarını yerinə yetirməsinə kömək etməklə yanaşı, uşaqların sosial bacarıqlarının inkişafını da təmin edirlər. Oyunlar və müxtəlif fəaliyyətlərlə şagirdlərin istirahət və əyləncə vaxtları dolğun və məqsədyönlü şəkildə təşkil olunur. Bu müəllimlərin zəhməti sayəsində, şagirdlərin təhsil və asudə vaxtları ahəngdar şəkildə vəhdət təşkil edir.

Məktəbin psixoloqu Ülviyyə Əliyeva şagirdlərin emosional vəziyyətlərinə daima nəzarət edildiyini və hər bir uşağa fərdi yanaşma tətbiq edildiyini vurğulayır. Məqsəd, uşaqların daxili narahatlıqlarını aradan qaldırmaq, onları anlamaq və dəstək olmaqdır deyə bildirib. Psixoloq qeyd edir ki, şagirdlərin özlərini güvənli və sevgi dolu bir mühitdə hiss etmələri təhsil prosesində mühüm rol oynayır. Şagirdlərin sosial-emosional inkişafının dəstəklənməsi onların akademik uğurlarını artırmağa da təsir göstərir. Psixoloq yanaşması, uşaqların özünü ifadə etmə bacarığını artırır və onları həyatın müxtəlif çətinliklərinə hazırlayır.

Şagird uğuru: Təhsil və həyat biliklərinin qovşağı

Məktəb ailə himayəsindən qismən məhrum olmuş uşaqlar üçün rahat və təhlükəsiz bir təhsil mühiti yaratmalıdır. Dövlət qayğısı, gimnaziyanın infrastrukturu və maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, şagirdlərə göstərilən sosial dəstəyi də əhatə edir. Bu sözləri gimnaziyanin direktoru Pərvanə Tahirova deyir.

“Onlar bizim övladlarımızdır”, - deyə Pərvanə müəllim vurğulayır: “Məktəbdə uğurlu ailələri olan şagirdlərlə yanaşı, ailə himayəsindən qismən məhrum olmuş şagirdlərin də təhsil alması bizə həssas yanaşma tələbini yaradır. Yataqxanada 1-ci siniflər də daxil olmaqla hazırda 45 şagird qalır. Onlar həftəsonu ailələrinə təhvil verilir. Həftə ərzində onların geyimləri, dərsləri, qidalanmaları - bütün bunların hamısı bizim məsuliyyətimizdədir. Hər birimiz, eyni zamanda valideyn olduğumuzu unutmamalıyıq”. 

Pərvanə müəllimə və kollektivin şagirdlərə göstərdiyi bu qayğı, şagirdlərin uğurlarının təməlində dayanır. Biz məktəbi bitirən məzunlarımızla da əlaqələrimizi kəsmirik. Ali məktəbdə təhsil alan tələbələrimiz var. Onlar paytaxtdan gələn kimi gəlib bizimlə görüşür, bayramlarda zəng edirlər. Hesab edirəm ki, bu düzgün təməllər üzərində qurulan münasibətdən qaynaqlanır. Bu cür yanaşma, hər bir uşağın özünü dəyərli hiss etməsinə, həyatında məqsəd görməsinə şərait yaradır.

Qrant müsabiqəsi

2022-2023 tədris ilində Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 7-ci qrant müsabiqəsi"nin məktəb layihələri kateqoriyası üzrə qalib olan layihələr sırasında gimnaziya da vardı. “İnternat şagirdlərinin şəxsi inkişaf və karyera planlaması” adlı düşərgədə həyata keçirilib. Layihə çərçivəsində Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Ağdaş rayonu M.Şeyxzadə adına İnternat tipli Texniki, humanitar və təbiət fənlər təmayüllü gimnaziya, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Göyçay şəhər inteqrasiya təlimli internat tipli gimnaziyalarda qeydiyyatdan keçmiş 40 şagird düşərgədə iştirak edib. Layihə rəhbərinin sözlərinə görə, ilk olaraq düşərgə iştirakçılarına “Sosial-psixoliji, mühit adaptasiyası”, “Hədəf və məqsədə çatmaq üçün nə etməli?”, “Əsas bacarıqlar (soft skills)”, “Davranış psixolgiyası” və “Zamanın idarə olunması” təlimləri keçirilib. İştirakçıların boş vaxtlarını səmərəli keçirməsi, həmçinin daha çox biliyə sahib olmaları üçün komandalar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Debat”, “Komanda qurulucuğu” oyunları keçirilib. Axşam isə eyni qaydada iştirakçıların hər birinin iştirakı ilə “Məclisi-üns” təşkil olunub. “Natiqlik” təlim paketinin əsasında “Təqdimat bacarıqları və natiqlik”, “Bədən dili” və “Qərar qəbuletmə bacarıqları” təlimləri keçirilib. İştirakçılar düşərgə zamanı qazandıqları bilik və bacarıqlardan istifadə edərək komandalar halında təqdimat müsabiqəsində iştirak ediblər. 

Burada əsas məqsəd ilk olaraq şagirdlərə şəbəkələşmə anlayışını aşılamaq, sosial bacarıqlarını inkişaf etdirmək və psixoloji olaraq onların cəmiyyətdə güclü fərd olaraq yetişməsinə dəstək göstərmək idi. Layihə uğurla həyata keçirilib və iştirak edən şagirdlərin indi də bir-biriləri ilə əlaqələri var. 

Gimnaziyada təhsil alan şagirdlərdən biri təhsil müəssisəsində ona göstərilən qayğı və dəstəyi belə izah edir: “Mən ailə himayəsindən qismən məhrum olduğum üçün anam çalışır. Biz təhsilimizi gimnaziyada davam etdiririk. İlk vaxtlar çox çətin idi, amma burada müəllimlər mənə elə qayğı göstərdilər ki, indi bura mənim ikinci evim kimidir. Onlar mənə təkcə dərs keçmir, həm də hər zaman mənim yanımdadırlar. Çətinlik çəkdiyim mövzuları mənə təkrar izah edirlər, hətta dərsdən sonra da vaxt ayırırlar. Hər müəllimin yanaşması sanki mənim uğurumu öz uğurları kimi qəbul etməsi kimidir”.

O, sözlərinə belə davam edir: “Burada dərslərdən sonra tərbiyəçi-müəllimlərlə birlikdə ev tapşırıqlarımızı yerinə yetiririk. Hər dəfə nəyisə anlamadıqda müəllimlər dərhal kömək edirlər. Onlar bizə elə doğma və yaxın yanaşırlar ki, hər hansı bir problemi çəkinmədən onlara deyə bilirik. Bu, mənim üçün çox önəmlidir, çünki özümü burada güvəndə hiss edirəm. Müəllimlərimin sevgisi və dəstəyi mənim həyatımda ən böyük motivasiyadır”.

Şagirdin sözləri, gimnaziyada fədakarcasına çalışan müəllimlərin və tərbiyəçilərin onların həyatında necə böyük rol oynadığını bir daha göstərir. Bu qayğı və diqqət sosial həssas qrupa aid olan uşaqların özlərini cəmiyyətə faydalı və dəyərli hiss etmələrinə səbəb olur. Onların akademik və şəxsi inkişafı üçün göstərilən bu səylər gələcəyin uğurlu vətəndaşlarının yetişdirilməsinə yönəlmiş ən qiymətli sərmayədir.

Tək ailə başçısı olan ananın hissləri

Gimnaziyada iki övladı təhsil alan valideyn isə məktəblə bağlı təəssüratlarını belə ifadə edir: “Mən tək ailə başçısıyam və iki övladımı gimnaziyada oxutmaq mənim üçün böyük məsuliyyət idi. Ancaq burada müəllimlərin uşaqlarıma göstərdiyi qayğını gördükcə, ürəyim rahat oldu. Müəllimlər hər zaman uşaqlarımın yanında olurlar, onlara dərslərini anlamaqda kömək edirlər və mənəvi cəhətdən dəstəkləyirlər. Uşaqlarım evə gələndə gördüyüm xoşbəxtlik və inam mənim üçün hər şeydir. Mən bilirəm ki, övladlarım burada təkcə təhsil almır, həm də sevgi ilə əhatə olunurlar”.

Təhsil və həyat biliklərinin qovşağı

Gimnaziyada şagirdlərin sosial aktiv olmaları çox vacibdir. Bunun üçün mütəmadi yarışlar, intellektual oyunlar, şəhər daxilində muzeylərə ekskursiyalar təşkil olunur. Mingəçevir şəhərində fəaliyyət göstərən fabrik və zavodların istehsalatı ilə tanışlıq və COP29 layihəsi çərçivəsində maarifləndirici tədbirlər də şagirdlərin inkişafına dəstək verir. Bu tədbirlər şagirdlərin dünyagörüşünü genişləndirir və onların nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşməsinə şərait yaradır.

Bu tədbirlər şagirdlərin həyatı bir məktəb kimi görməsinə, hər bir hadisədən bir dərs çıxarmasına şərait yaradır. Təhsil təkcə kitablar və sinif otaqları ilə məhdudlaşmır. O, həyatın hər anında və hər bir fəaliyyətində mövcuddur.

Dövlətin təhsilə göstərdiyi dəstək

Dövlətin təhsilə göstərdiyi qayğı gimnaziyada açıq şəkildə hiss olunur. Təhsil müəssisəsinin əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi və sosial təbəqədən asılı olmayaraq hər bir uşağa eyni səviyyədə təhsil imkanlarının yaradılması dövlətin təhsilə verdiyi önəmin bir göstəricisidir. Bu qayğı şagirdlərin yalnız akademik biliklərini deyil, eyni zamanda həyatda lazım olan bacarıqlarını inkişaf etdirməsinə imkan yaradır.

“Azərbaycan müəllimi” qəzeti olaraq Mingəçevir gimnaziyasında fədakarcasına çalışan bütün müəllimlərə təşəkkür edirik. Müəllimlərimiz, gələcəyin qurucularıdırlar. Onların əməyi, hər bir uğurlu vətəndaşın, hər bir parlaq gələcəyin təməlində dayanır. Təhsil yolunda göstərdikləri fədakarlıq, millətin sabahına inam yaradır.

Xəbər lenti

21 noyabr, 13:16
8

Mehdiabad məktəbi "Yaşıl dəyişikliklər" fotomüsabiqəsində birinci yeri tutub

21 noyabr, 13:15
6
21 noyabr, 12:43
12

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
9

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
9

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
47

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
35

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
14

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
32

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
14

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
16

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
21

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.