Məktəbdənkənar təhsil müəssisələrində yeni məşğələlər tətbiq ediləcək - AÇIQLAMA
Məktəbdənkənar təhsil müəssisələrinin proqramına yeni məşğələlər əlavə ediləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib.
O bildirib ki, məktəbdənkənar müəssisələrdə rəqəmsal bacarıqlar, informatika, məntiqi riyaziyyatın öyrənilməsi ilə bağlı yeni məşğələlərin tətbiq edilməsi planlaşdırılır.
"Hazırda məktəbdənkənar müəssisələrdə əsasən idman və incəsənət yönümlü məşğələlər keçilir. Bura rəsm, bədii qiraət, musiqi, şahmat və s. daxildir. Həmçinin yeni məktəbdənkənar təhsil müəssisələrinin də açılması gözlənilir", - deyə N.Hüseynova qeyd edib.
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)