Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə xüsusi siniflər açılıb
Abşeron rayon Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə xüsusi siniflər açılıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, ilkin olaraq hər sinif üzrə 5 şagirdin yerləşdirilməsi nəzərdə tutulub.
Xüsusi siniflərdə təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir.
Təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Sağlamlıq imkanları məhdud şagirdlər Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında xüsusi siniflərə cəlb edilirlər.
1 /6
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)