Bütün xəbərlər
15 oktyabr, 18:12

Astronomlar nəhayət ki, Saturn planetinin orbitində olan ilk Troyan asteroidini kəşf ediblər. Troyan asteroidləri digər üç nəhəng planet – Yupiter, Uran və Neptunda bilinsə də, Saturn üçün bu, ilkdir.

Qərbi Ontario Universitetindən olan astronom Paul Vigert bu barədə belə yazır: “Saturn Günəş sistemində ikinci ən böyük planet olsa da, bu vaxta qədər burada heç bir Troyan asteroidi müəyyən olunmayıb”.

Saturn kimi yeni asteroidin də Günəş ətrafında tam bir dövrü təxminən 30 il çəkir, lakin o, Saturnun orbitində 60 dərəcə daha irəlidə yerləşir.

Günəş sistemindəki əksər asteroidlər Mars və Yupiter arasındakı trayektoriyada hərəkət edir. Lakin 1906-cı ildə alman astronomu Maks Volf bu planetin orbitində Günəşdən 60 dərəcə irəlidə fırlanan ilk Troyan asteroidini kəşf edərək ona “Axilles” adını verib. O zamandan bəri astronomlar minlərlə Troya asteroidi aşkar ediblər. Onların bəziləri Yupiterin 60 dərəcə önündə, digərləri isə 60 dərəcə arxasında yerləşir. NASA-nın “Lucy” kosmik gəmisi 2027-2033-cü illər arasında bu asteroidləri daha yaxından araşdırmaq məqsədilə onlardan səkkizini ziyarət edəcək.

Troyan asteroidləri, həmçinin Uran, Neptun, Yer və Mars üçün də aktualdır. 

2019-cu ildə Havayda teleskopla çəkilmiş görüntülərdə yeni bir asteroidin kəşfi Avstraliyadan olan həvəskar astronom Endryu Uokerin diqqətini çəkib. Uoker bu obyektin günəş ətrafında uyğun orbitə malik olduğu təqdirdə Saturnun Troyan asteroidi ola biləcəyini irəli sürub.

Paul Vigert yazır: “Günəş sistemimizdə obyektlərin orbital xassələrini düzgün təyin etmək üçün uzun müddət ərzində fərqli teleskoplarla çoxsaylı müşahidələr aparmaq lazımdır”.

Bu məqsədlə Çindəki Makao Elm və Texnologiya Universitetində astronom kimi işləyən Man-To Hui asteroidin əvvəlki görüntülərini araşdırıb və yeni müşahidələr planlaşdırıb. Beləliklə, asteroidin mövqeyinin 2015-ci ildən 2024-cü ilə qədər dəqiqliklə ölçülməsi onun Troyan xarakterini sübuta yetirib. “2019 UO14” adlandırılan bu asteroidin diametri cəmi 13 kilometrdir. Bu Marsın iki peykindən biri olan Deimos ilə eyni ölçüdədir.

Madridin Komplutense Universitetindən astronom Karlos de la Fuente Markos bildirir ki, elm adamları Saturn üçün Troyan asteroidlərinin mövcudluğunu çoxdan proqnozlaşdırırdılar. Lakin Saturnun ətrafında yerləşən Troyan asteroidləri qeyri-sabit orbitlərə sahib olmalıdır, çünki Saturnun hər iki tərəfində nəhəng planetlər yerləşir.

De la Fuente Markos əlavə edir: “Yupiter bu qeyri-sabitliyin əsas səbəbi kimi görünür”.

Yupiterin güclü cazibə qüvvəsi tədricən Saturnun Troyan asteroidini özünə çəkir və onun Günəş ətrafında orbitini daha da elliptik hala gətirir. Nəticədə, asteroid Yupiter və ya Uran kimi digər planetlərə yaxınlaşaraq onların cazibəsi altında Troyan orbitindən kənarlaşır.

Tədqiqatçılar asteroidin təxminən 2000 ildir ki, Saturnun Troyan asteroidi olduğunu və daha 1000 il bu orbitdə qalacağını proqnozlaşdırırlar. Saturnun cazibə qüvvəsinin təsiri altına girməzdən əvvəl bu asteroidin ehtimal ki, Günəş ətrafında hərəkət edən bir kentavr, yəni nəhəng planetlərin orbitləri arasında hərəkət edən bir obyekt olduğu düşünülür.

Qeyd edə ki, yeni kəşf olunan bu asteroidin Saturn üçün yeganə Troyan asteroidi olmadığı ehtimal edilir. Paul Vigert qeyd edir: “Əminəm ki, daha çox Troyan asteroidi mövcuddur”.
 

Mənbə: https://www.sciencenews.org/article/saturn-first-trojan-asteroid-discovered

Şərhlər

Xəbər lenti

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.