Bütün xəbərlər
29 oktyabr, 11:03

Uşaq və yeniyetmələr arasında intihar və məişət zorakılığı hallarının qarşısının alınması, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində təlimlər keçirilib.

Bu barədə Təhsil institutundan “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2024-cü il üçün Tədbirlər Planı” üzrə Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı çərçivəsində cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri 7, 18, 29, 96 və 129 nömrəli tam orta məktəblərdə və Elitar Gimnaziyada uşaqlar və yeniyetmələr arasında intihar, məişət zorakılığı hallarının qarşısının alınması və onların asudə vaxtlarının səmərəli təşkili mövzusunda şagird, müəllim, psixoloq və valideynlər üçün təqdimatlar keçirilib.

Görüşlər zamanı valideynlər və məktəb heyətinə uşaqların psixoloji rifahını qorumaq, onların təhlükəsiz və sağlam mühitdə inkişafını təmin etmək üçün praktiki tövsiyələr verilib. Həmçinin uşaqların və yeniyetmələrin asudə vaxtlarını səmərəli şəkildə keçirmələri üçün müxtəlif təkliflər irəli sürülüb.

Bu təqdimatlar uşaqların və yeniyetmələrin sağlam inkişafına dəstək vermək, məktəblərdə psixoloji dəstək xidmətlərinin əhəmiyyətini artırmaq, valideynləri, müəllimləri, məktəb psixoloqlarını bu problemlərin əhəmiyyəti və onların qarşısının alınması yolları ilə tanış etmək məqsədi daşıyır.

Təlimlərdə 420 şagird, 123 müəllim, 9 psixoloq və 189 valideyn iştirak edib. Qeyd edək ki, bu təşəbbüs məktəb mühitində təhlükəsiz və dəstəkləyici atmosfer yaratmaq üçün mühüm bir addımdır.

1 /3

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.