13 noyabr 2024

Bütün xəbərlər
test
29 oktyabr, 11:53
284

Müsyö Jordan dünən axşam Gənc Tamaşaçılar Teatrının səhnəsində idi. Qarabağda qarşısına çıxan ot-ələfdən ağızdolusu danışırdı. Deyirdi ki, Avropada olmayan bitkilərə məhz Qarabağda rast gəlib. Firəngistandan diyarımıza təşrif buyuran qonaq bitkilərimiz haqqında məlumatlarla yanaşı, qiymətlimiz Şahbaz bəyi də aparmaqdan danışırdı yenə, Şərəfnisənin nişanlısı Şahbaz bəyi.

Məstəli şah işə əl qoydu və bir neçə saniyədə Parisi partladaraq bu planı alt-üst elədi…

Bakı Dövlət Universitetinin tələbələri Gənc Tamaşaçılar Teatrının səhnəsində

Senari eyni, müəllif eyni, məkan bir, səhnə bir, amma oyunçular fərqliydi. Dünən axşam incəsənət ixtisası üzrə təhsilalanlar yox, Bakı Dövlət Universitetinin incəsənətə aidiyyəti olmayan ixtisasları – biologiya, filologiya, jurnalistika, hətta beynəlxalq münasibətlər və s. üzrə təhsil alan tələbələri səhnədə idi. Gənc Tamaşaçılar Teatrının səhnəsi hərəkətli olduğu qədər, zalı səssiz idi. Arada qeyri-ixtiyari gülüş səsləri sənət heyranlığından doğan sükunəti pozsa da, bir neçə saniyə içərisində yenidən sakitlik çökür, gənc oyunçu tələbələrin danışdırdığı, canlandırdığı obrazlar səssizliyi yara-yara səhnədən və bütün auditoriyadan istifadə edirdi. Gənc Tamaşaçılar Teatrının sadəcə səhnəsi yox, elə zalı da tələbələrin oyununun bir parçası, tərkib hissəsi idi. Xüsusən Məstəli şahı görsəniz... 

Tamaşaçıların arxasından öncə zala, sonra səhnəyə daxil olan bu qəhrəman hekayədə digər qəhrəmanların planını, hətta taleyini dəyişdiyi kimi, zalda da tamaşaçıların əhvalını, auditoriyanın havasını dəyişdi. Cəldliyi, gülməli jestləri, qorxunc baxışları ilə səhnəni də hərəkətləndirdi, elə tamaşaçılarını da. Onu izləmək üçün baxışlarını yox, başımızı, hətta bütün bədənimizin istiqamətini dəyişmək məcburiyyətində qaldığımız anlar oldu. Məstəli şah gah tamaşaçıların yanına enir, gah səhnənin o başına, bu başına gedir, sanki səhnəyə sığışmırdı…

Müsyö Jordan və məşhur dərviş Məstəli şah tələbələrin şərhində

Tamaşadan sonra “Azərbaycan müəllimi”nə açıqlama verən Bakı Dövlət Universitetinin Mədəniyyət-yaradıcılıq Mərkəzinin quruluşçu rejissoru Vahid Orucoğlu tələbələrlə qürur duyduğunu dedi: “Bu tamaşanı universitetimizin tələbə həmkarlar komitəsinin 50 illiyinə həsr etmişik. 2 ay məşq elədik. Universitetdə çalışdıq, amma Gənc Tamaşaçılar Teatrının səhnəsində oynadıq. Əslində, ilk səhnəmiz, ilk əsərimiz, ilk tamaşamız deyil. İndiyə qədər Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə, Yefimin "Yarımçıq qalmış…"ına, Hüseyn Cavidin “Ana” əsərinə qoyduğumuz tamaşalar olub. İstedadlı tələbələrimiz var, hər birinə uğurlar arzulayıram”.

Səhnənin Hətəmxan ağası Ramazan Ramazanzadə BDU-da “Fəlsəfə” ixtisası üzrə IV kurs tələbəsidir. İndiyədək “Ana” əsərində Səlim obrazını, “Ölülər”də Baxşəlini, Yefimin "Yarımçıq qalmış…" əsərində Ramil rolunu, “Qarabağ Azərbaycandır” əsərində Rüstəm obrazını canlandırıb.

Tural Behbudov dərviş Məstəli şah rolundadır. İlk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində oynayıb. Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alır: “Uşaqlıqdan ən çox oynamaq istədiyimiz bir obrazı canlandırdım. Ona görə də bu tamaşada özümü çox xoşbəxt hiss edirdim. Bu teatrın səhnəsi isə özəlliklə doğmadır. İlk dəfə “Qoğalın sərgüzəştləri”ni məhz bu teatrın səhnəsində görmüşdüm. Artıq böyümüşəm, yenə tamaşa izləmək üçün gəldiyim bu teatrın səhnəsində olmaq sözlə ifadə edilməyən bir xoşbəxtlikdir. Universitetdə dəfələrlə tamaşa qurub oynasaq da, peşəkar səhnədə ilk çıxışım idi”.

“Sil vu ple” deyə yaxınlaşan Müsyö Jordan “Azərbaycan müəllimi” ilə fransızca təmas qurur, deyəsən, hələ rolundan çıxa bilməyib. Onun adı Kənan Nemətzadədir. Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin IV kurs tələbəsidir: “Öz oyunumdan, tamaşanın gedişatından çox razı qaldım. Uşaqlıqdan Fransa mədəniyyətinə çox böyük marağım olub, ona görə rolu mənə təklif edəndən bəri xoşbəxtəm”.

İlk dəfə Müsyö Jordanla Rus Dram Teatrının səhnəsində tanış olan qəhrəmanım öz qəhrəmanını elə o vaxtdan sevir: “Sevdiyim Müsyö Jordanla öz yaratdığım Müsyö Jordan arasında fərqlər var. Çünki mən parodiya etməmişəm, oxuduğum, tanıdığım bildiyim Müsyö Jordanla yaratdığım obraz arasında çox böyük fərq var”.

Nərmin Zeynalova Şərifnisə obrazına həyat verib. Şərqşünaslıq fakültəsində “Koreya regionşünaslığı” ixtisası üzrə III kursda oxuyur. Gənc Tamaşaçılar Teatrının səhnəsində ilk dəfə çıxış etsə də, səhnə ona yad yer deyildi. BDU-nun səhnəsində çox obrazı sevərək canlandırıb: “Bu rolumu da sevirdim, xüsusən Şərifnisənin dikbaşlığını sevirdim. İstədiyini əldə etmək üçün hər şey etməyə hazır olan bir obrazda özümü görmək çox xoşuma gəlirdi”.

Söhbətimizə qoşulan Şahbaz bəy replikası ilə tərəf müqabilinin də dikbaşlılığına işarə vurur. Şahbaz bəyi səhnədə yaradan Hüseyn Cabbarlı jurnalistika fakültəsinin həm bakalavr, həm də magistratura səviyyəsində təhsilini tamamlayıb: “I kursdan bəri artıq 7 ildir BDU-nun akt zalının səhnəsində tamaşalarda oynayıram. Çox rol canlandırmışam. Nəsimini oynamışam, “Ölülər”də İsgəndəri, Aprel şəhidi Samir Kaçayevi canlandırmışam. Düşünürəm ki, bu rolum da yaxşı alındı. İlk dəfə böyük səhnədə idim və bu, çox qürurvericidir”.  

Tamaşadan geriyə qalanlar

Obrazların hamısı səhnədə bir yerə yığışıb, əl-ələ verəndə tamaşaçıların hamısının üzündə xoşbəxt bir təbəssüm vardı. Çox maraqlı səhnə performansı ilə gənclər diqqəti öz üzərlərinə cəlb edə bilmiş, obrazlarını sevdirməyi məharətlə bacarmışdılar. Gültac Quliyeva Bakı Dövlət Universitetinin “Psixologiya” ixtisası üzrə II kurs tələbəsidir. M.F.Axundovun bu məşhur əsərinin səhnə versiyasına ilk dəfə tamaşa edirdi: “İlk dəfə baxdım əsərin tamaşasına. Çox maraqlı idi. Tələbə yoldaşlarımızın bacarığına heyran qaldım”.

Nuray Nağıyeva da BDU-nun “Psixologiya” ixtisası üzrə II kurs tələbəsidir. O da dərviş Məstəli şahla səhnədə ilk dəfə tanış oldu.

Küçədəki əks-sədası

Teatrdan çıxanda oyunçuların çıxdığı qapının qarşısına yığışan pərəstişkarlar tamaşanı müzakirə edirdilər. Bir az aralananda isə tamaşadan çıxan bir qrup gənc arasındakı səs-küy diqqətimizi cəlb etdi. Gənclərdən biri dostlarına dərvişi təqlid etməyə çalışaraq onları əyləndirirdi. Etinasız qala bilmədik. Həmin gəncin adı Əlidir. O, tamaşaya BDU-nun tələbəsi olan bacısı sayəsində gəlib. Tamaşanı çox bəyəniblər. Dediyinə görə, bu dərviş başqa dərvişlərə bənzəmir...

BDU tələbələri, özlərinin də dediyi kimi, indiyədək çox əsəri səhnələşdiriblər. Bu dəfə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyi şərəfinə Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" əsərini səhnəyə qoydular, özü də Gənc Tamaşaçılar Teatrının səhnəsində…

Xəbər lenti

13 noyabr, 13:00
9

Yaşıl gələcəyin təməli: Məktəbəqədər təhsildə iqlim həssaslığı

13 noyabr, 11:43
18

LDU-nun nümayəndə heyəti Qazi Universitetində olub

12 noyabr, 23:07
62

Həsən Həsənli Rusiyanın Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclasında iştirak edib

12 noyabr, 23:00
61

“BilBacar” müsabiqəsinin noyabr ayı üzrə “Hazırlıq” mərhələsinə start verilib

12 noyabr, 22:23
46

Şəki-Zaqatala regionu üzrə təhsil müəssisələrinin istilik təminatı nə yerdədir? - AÇIQLAMA

12 noyabr, 22:20
47

BDU komandasının “SuperCapBack” layihəsi beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb

12 noyabr, 16:19
59

Mil-Muğan regionu üzrə 17 məktəb bu ildən qazla qızdırılacaq

12 noyabr, 14:39
58

COP29 başladığı gün ilk uğuruna imza atıb

12 noyabr, 14:34
55

Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır

12 noyabr, 14:29
62

BMU-da kibertəhlükəsizliyə dair silsilə təlimlər təşkil edilib

12 noyabr, 13:58
47

Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru AMEA-da olub

12 noyabr, 13:56
89

Emin Əmrullayev: Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir

12 noyabr, 13:00
63

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib

12 noyabr, 10:53
77

LDU-nun nümayəndə heyəti Ankara Universitetində olub

11 noyabr, 23:32
106

Elm və təhsil naziri UNICEF-in regional direktoru ilə görüşüb

11 noyabr, 22:43
93

SDU ilə Daşkənd İnformasiya Texnologiyaları Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11 noyabr, 22:32
76

UNICEF: Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq

11 noyabr, 22:03
105

İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb

11 noyabr, 21:23
96

SDU ilə AlmaU arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

11 noyabr, 19:55
85

Həsən Həsənli "British Council"ın “Climate Connection” proqramının təqdimatında iştirak edib

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.