Bütün xəbərlər
4 noyabr, 17:05

Bu gün çoxdan gözlənilən “TələbəPlus” kartları ilk istifadəçilərinə – Bakı Dövləti Universitetinin bir qrup tələbəsinə təqdim edilib. Növbəti ildən isə təhsil işçilərinə üçün də müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq. 

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

– “TələbəPlus” kartları kimlərə təqdim edilir?

– 1 ildən artıqdır ki, üzərində çalışıdığımız, TİF, “Kapital Bank” və “Visa”nın birgə layihəsi olan vahid tələbə kartlarının BDU tələbələrinə paylanılmasına başlanılıb. Ölkəyə ümumilikdə 250 min kart gətiriləcək. Üç təhsil – bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan bütün tələbələrimizin sayı cəmi 250 mindir. İlk növbədə, I kurslarda 20 min tələbəyə kart paylanılıb. Daha 150 min kart paylanılmağa hazırdır. Kartların verilməsi mərhələli şəkildə həyata keçiriləcək. İlk mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri nəzərdə tutulub. Daha sonra digər ali təhsil müəssisələrinin tələbələrinə də paylanılacaq. Ümumilikdə 250 min təhsilalana tələbə kartı təqdim olunacaq. İlin sonuna yaxın peşə təhsili və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar da tələbə kartları ilə təmin ediləcəklər. Tələbə kartları tələbə adı daşıyan hər kəsə veriləcək.

– Kartların verilməsi bütün kurslarda təhsil alan hər kəsə ilin sonunadək çatdırılacaqmı?

– Bəli, ilin sonunadək tələbə adı daşıyan hər kəs vahid tələbə kartını əldə edəcək.

– Açıqlamalarınızda demişdiniz ki, tərəfdaşların da qazanacağı layihələrə başlayacaqsınız. Bu layihə onlardan biridirmi?

– Azərbaycanda tələbə sayı çox böyükdür. 250 min tələbə dəyərdir, böyük alıcılıq qüvvəsidir. Bu potensialdan layihəyə qoşulan dövlət və özəl qurumları tələbələrin xeyrinə müəyyən endirimlər, güzəştlər tətbiq etməklə yararlanacaqlar. 

– Hansı imtiyazlar nəzərdə tutulur?

– “TələbəPlus” kartları universitetlərə giriş-çıxışdan, bank ödəniş vasitələrindən tutmuş 200-dən çox şirkətin restoran, kafe, geyim, aksesuar mağazaları, tədris və təlim kurslarının mühüm endirimlərində istifadə ediləcək. Eyni zamanda, 2 həftə öncə Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında imzalanan müqaviləyə əsasən, muzeylər, qalareyalar, sərgi salonlarına girişlərdə güzəşt və endirimlər gözləyirik. Bu siyahı davamlı olaraq yenilənəcək. Əlavə olunan xidmətlər barədə “TələbəPlus” kartının səhifəsində mütəmadi məlumat veriləcək. 

– Tələbələri ən çox maraqlandıran məsələ ictimai nəqliyyatda əldə edəcəkləri güzəştlərdir. Bu barədə yenilik nə vaxta gözlənilir?

– “TələbəPlus” sıfırdan yaradılan vahid tələbə kartıdır. Güzəşt və endirimlər üçün hər bir qurumla ayrıca danışıqlar aparılmalıdır. Fond olaraq bu danışıqları tərəfdaşlarımızla – “Visa” və “Kapital Bank”la birlikdə aparırıq. Hazırda ölkəmizdə yüksəksəviyyəli tədbirlər keçirilir. Bu tədbirlərdən sonra danışıqların dairəsini genişləndirəcək, xüsusən dövlət qurumlarının tənzimlədiyi sahələrlə danışıqlarımızı davam etdirəcəyik.

– Tələbənin kəsri onun “TələbəPlus” kartının güzəşt və imtiyazlardan istifadəsinə məhdudiyyət qoya bilərmi?

– Bu universitetlə tələbə arasında olan məsələdir. Bizim üçün əsas göstərici onun tələbə statusunun olmasıdır. Universitet onu tələbə statusundan məhrum etməyibsə, təbii ki, tələbə həmin imkanlardan istifadə edə biləcək.

– Əməkdaşlara aid bir təhsil kartının olacağı nəzərədə tutulur?

– Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq.

– “TələbəPlus”kartı ilə eyni güzəşt və imtiyazlardan söhbət gedir?

– Təhsil kartı daha əhatəli olacaq.

Şərhlər

Xəbər lenti

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:48

NDU-da dərs deyən əcnəbi alimlərin sayı rekord həddə çatıb

10 oktyabr, 15:27

Maksimum nəticə göstərən müəllim: Heç vaxt “hər şeyi bilirəm” deməmişəm

10 oktyabr, 14:37

Məktəblərdə iqlim savadlılığını necə artıraq?

10 oktyabr, 14:11

BANM-də “Dayanıqlı İnkişaf Həftəsi” keçirilib

10 oktyabr, 14:03

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10 oktyabr, 13:20

“Məqsədim ancaq qələbə çalmaq idi” – MDB Oyunlarının medalçısı

10 oktyabr, 13:11

Sülh üzrə Nobel laureatının adı açıqlandı

10 oktyabr, 12:48

Daha 584 tələbə dövlət sifarişi ilə təhsil alacaq

10 oktyabr, 12:41

Türkiyəli mütəxəssislər peşə mərkəzində təlimlər keçirlər

10 oktyabr, 12:25

BSU-da inklüziv və dayanıqlı təhsil proqramları müzakirə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.