"Coğrafiyanın simulyativ tədrisi" layihəsinin icrasına başlanılıb
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi "Coğrafiyanın simulyativ tədrisi" layihəsinin icrasına başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində VIII sinifdən 25 şagird seçilərək, onlar üçün 4 ay müddətində həftədə 2 dəfə olmaqla 32 saatlıq dərslər təşkil ediləcək. Dərslərdə PhET platformasındakı interaktiv simulyasiyalardan istifadə ediləcək və şagirdlərin dərsə marağının artırılması məqsədilə hər ay aralıq imtahanları keçiriləcək. Bundan əlavə, müxtəlif fənləri tədris edən 5 müəllimə PhET platforması üzrə məlumat veriləcək və onlar da öz fənlərinə uyğun simulyasiyaları siniflərində tətbiq edəcəklər.
Xatırladaq ki, "Coğrafiyanın simulyativ tədrisi" adlı layihə Suraxanı rayonu 317 nömrəli tam orta məktəbdə Leyla Əliyeva tərəfindən həyata keçirilir. Layihənin məqsədi PhET platformasında mövcud olan yer elmləri üzrə interaktiv simulyasiya oyunlarını tətbiq etməklə şagirdlərin coğrafiya fənninə marağını artırmaq və bu təcrübəni məktəbdə genişləndirməkdir.
1 /6
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)