Bütün xəbərlər
test
31 oktyabr, 15:15

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Beynəlxalq SAF 2024 Festivalında iştirak edən komandalar yüksək nəticələr əldə ediblər.

İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, Beynəlxalq SAF 2024 Festivalında Şirvan şəhər E.B. İmanov adına 10 nömrəli tam orta məktəbin "Victors" komandası "Vidx" kateqoriyasında gümüş medal, B.Aslanov adına 16 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komandalar isə müxtəlif kateqoriyalar üzrə mükafatlara layiq görülüblər:

“FlyTech” kateqoriyası üzrə “Skyfar” komandası, “STEAM AWARD” mükafatı - Onur Əkbərli və Qismət Səmədov,
“Vex V5” kateqoriyası üzrə “V for Vendetta” komandası, “Design Award” mükafatı - Əli Niftəliyev, 
“Engineers of Future” kateqoriyasında “Talanted Engineers” mükafatı - Yusif Hüseynli, 
“EcoCoding” kateqoriyası üzrə “Eco Boys” komandası, 3-cü yer - Abbas Süleymanlı,
“ CubeSat” kateqoriyası üzrə “Azərsky” komandası, “STEAM Award” mükafatı - Aliyə Əhmədova.

Həmçinin festivalda Şirvan-Salyan Regional Təhsil İdarəsini təmsil edən A.Dadaşov adına Hacıqabul şəhər 5 nömrəli tam orta məktəbin "Talented Engineers" komandası "Engineers of Future" kateqoriyasında gümüş medal qazanıb. Eyni zamanda, komanda “Cuboro” və eko-çanta yarışlarında da gümüş medal əldə edərək, əməkdaşlığa görə ən yaxşı nominasiyaya layiq görülüb.

Bundan əlavə, Hacıqabul şəhər İ.Ələkbərov adına 1 və Şirvan şəhər 10 nömrəli tam orta məktəblərin  şagirdlərindən ibarət  "Green life" komandası festivalda II yerə layiq görülüb.

Beynəlxalq SAF 2024 Festivalında Şirvan-Salyan Regional Təhsil İdarəsini təmsil edən S.İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta məktəbin "Victory" komandası "Engineers of Future" kateqoriyasında bürünc medal qazanıb. Həmçinin, komanda “Cuboro” və eko-çanta yarışlarında da bürünc medala layiq görülüb.

"Azərbaycan müəllimi" qalib komandaların üzvləri ilə görüşərək onların festivalla bağlı təəssüratlarını öyrənib.

“Yaşıl təbiətin cəngavərləri”

“Green Life” komandasının üzvləri Günəş Hacızadə və Zəhra Piriyeva qeyd edirlər ki, yarışa Ülkər müəllimin məsləhəti ilə qatılıblar:
"O, bizə belə bir yarışın olacağını və bizim də orada özümü orda sınamalı olduğumuzu bildirdi. Yarışın birinci mərhələsi üçün çanta hazırladıq. Seçdiyimiz mövzu "Yaşıl təbiətin cəngavərləri" idi. Biz öz çantamızı "Çiçəklənən ciyərlərimiz" adlandırmışdıq. Çantanın üzərindəki ağ ciyərləri, bütün gülləri  tullantı vasitələrini dəyərləndirərək hazırlamışdıq. Belə çanta hazırlamaqda məqsədimiz diqqətləri meşələrin qorunmasına və artırılmasına çəkməkdi. Çünki havamız təmiz,  oksigenimiz bol olarsa, ciyərlərimiz də çiçək açar. Biz "Engineers of Future" kateqoriyası üzrə 2-ci yerə layiq görüldük. Qazanacağımıza çox inanırdıq. Çünki komanda olaraq çox çalışmışdıq. Gələcəkdə növbəti STEAM festivallarına da qatılmağı düşünürük. Yenə qalib olmaq və yaşıl dünyamızı qorumaq üçün çox çalışacağıq".

"Gələcəyin mühəndisləri"

“Talented engineers” komandasının üzvləri Yusif Hüseynli və Mətləb Məmmədlinin sözlərinə görə, onların uşaqlıqdan məntiqi və yaradıcı düşünmə qabiliyyətini inkişaf etdirən oyunlara maraqları var:

"Yaşımıza və maraqlarımıza uyğun “Engineers of future” ("Gələcəyin mühəndisləri") kateqoriyası olduğunu biləndə biz də SAF 2024-də iştirak etməyə qərar verdik. Birinci tur məntiq suallarından ibarət test mərhələsi idi. Birinci turun nəticələri elan olunanda final turuna keçdiyimizi öyrəndik. Bundan sonra mentorumuz Rövşanə müəllim ilə Şirvan STEAM Mərkəzində görüşərək cuboro oyununa hazırlaşırdıq. 

“Engineers of Future” kateqoriyasında “eco çanta” layihəsi üçün nə edə bilərik? Və edəcəyimiz təqdimat barədə düşünürdük. Məqsədimiz qalib olmaq idi. Buna görə də mentorumuz ilə tez-tez görüşürdük, cuboro oynayaraq kublar üzərində ən uzun yolu tapmağa çalışırdıq. Çox çalışmağımızın və əməkdaşlığımızın nəticəsində “Engineers of future” kateqoriyası üzrə 2-ci yerə layiq görüldük. Ümid edirik ki, növbəti ildə bizim yaşımıza və maraqlarımıza uyğun kateqoriya olar və biz yenidən iştirak edərik. Bacarıqlarımızı nümayiş etdirmək üçün bizə şərait yaratdığına görə “STEAM Azərbaycan”a təşəkkür edirik".

1 /4

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/31%20October%202024/66aa612d-3227-40f1-bc50-5b7aeda7bd06_WhatsApp%20Image%202024-10-30%20at%2011.19.18.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/31%20October%202024/057b92af-e88e-49bd-8176-4df1a991b6e4_WhatsApp%20Image%202024-10-30%20at%2011.19.15%20(1).jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/31%20October%202024/8b30ab16-a340-40f8-93f8-8d8f45062172_WhatsApp%20Image%202024-10-30%20at%2011.19.15.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/31%20October%202024/5d3acb3e-0df3-492d-8c37-df4e7dc51229_WhatsApp%20Image%202024-10-30%20at%2011.19.14.jpeg

Xəbər lenti

2 yanvar, 17:20

Plastik cərrahların diplomlarının yoxlanılması üçün Xüsusi Təftiş Komissiyası yaradılıb

2 yanvar, 17:18

Ötən il bu iki sahə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb

2 yanvar, 15:29

Ən çox fəlsəfə doktoru elmi dərəcəsi verilən sahələr açıqlanıb

2 yanvar, 15:25

Ötən il fəlsəfə doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb

31 dekabr, 16:46

"Təhsildə həmrəylik” adlı qış düşərgəsi təşkil olunub

31 dekabr, 12:00

Şaxta baba bütün uşaqları görmək üçün hansı sürətlə hərəkət etməlidir?

31 dekabr, 11:29

SDU 2024-cü ildə 10 əsas nailiyyətini təqdim edir

30 dekabr, 20:01

20 ildə ADPU alimlərinin 397 məqaləsi SCOPUS bazasına düşüb

30 dekabr, 17:43

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib

30 dekabr, 13:00

2024-cü ildə haqqında çox danışılan 10 arxeoloji kəşf

29 dekabr, 17:59

Prezident onlara Milli Qəhrəman adı verdi - Sərəncam

29 dekabr, 16:55

DP çərçivəsində 2025-2026-cı il üzrə xaricdə təhsil üçün universitet və proqramlar açıqlanıb

29 dekabr, 16:22

Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müsahibə verib

29 dekabr, 14:13

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda tələbələr üçün təlim keçirilib

29 dekabr, 13:41

Direktorların işə qəbulu müsabiqəsinin test mərhələsinin nəticələri açıqlanıb

29 dekabr, 13:00

Çin ilk sıfır karbon magistral yolunu açır

29 dekabr, 12:10

AzMİU elmi nailiyyətlərdən əldə etdiyi gəlirin həcmini açıqlayıb

29 dekabr, 11:56

Xızıda vəfat edən məktəb direktorunun ölüm səbəbi araşdırılır 

29 dekabr, 11:50

Uşaqlara sağlam həyat tərzi öyrədilir – İsmayıllı şagirdləri üçün layihə 

29 dekabr, 11:23

Paytaxt məktəbliləri idman yarışlarında beş minə yaxın medal qazanıblar

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.