"ECOpupils: Məktəblilərin ekoloji savadlılığının artırılması proqramı" layihəsinin icrasına başlanılıb
VIII qrant müsabiqəsində qalib "ECOpupils: Məktəblilərin ekoloji savadlılığının artırılması proqramı"" adlı layihənin açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin ətraf mühitin mühafizəsi ilə bağlı məlumatlılığının artırılması, onların bu istiqamətdə aktiv iştirakçılığa və həssas yanaşmaya təşviq olunması, ətraf mühitə qarşı məsuliyyətli vətəndaş formalaşdırmaq və effektiv addımlar atmağı öyrətməkdən ibarətdir.
Belə ki, layihə çərçivəsində 3 günlük "trashtag" aksiyası keçiriləcək. "Yaşıl dünya" mövzusunda 12 görüş təşkil olunacaq. Plastik cə kağız tullantılardan dekorativ əşyalar hazırlanacaq. Hazırlanan əşyalar məktəbdə nümayiş etdiriləcək və zibil qutuları çeşidlənmə üçün siniflərə yerləşdiriləcək.
Qeyd edək ki, layihə Astara şəhər 1 nömrəli tam orta məktəbdə Babək Rzazadə tərəfindən icra olunur.
1 /5
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)