Bütün xəbərlər
26 noyabr, 12:52

Yarandığı gündən bir sıra uğurlu layihələr həyata keçirən Təhsilin İnkişafı Fondu (TİF) “Parla” təqaüd və inkişaf proqramı ilə artıq bir çox qızların xəyallarını gerçəkləşdirir, onların şəxsi və peşəkar inkişafında xüsusi rol oynayır. 

TİF-in Layihələrin idarə olunması şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə aparıcı məsləhətçisi Nərgiz Qədirova “Azərbaycan müəllimi”nin dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olan bu proqramla bağlı suallarını cavablandırıb.

- TİF-in “NEQSOL Holding”lə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramı nə vaxtdan reallaşdırılır? Onun icrası hansı zərurətdən irəli gəlib? 
- TİF yarandığı gündən 50.000-dən yuxarı insanı əhatə etməklə, 40-dan çox layihənin təşkilatçısı və tərəfdaşı olub. Ölkədə təhsil sisteminin inkişafına yönəlmiş proqram və layihələrin dəstəklənməsi, təhsil və iqtisadiyyatın inteqrasiyasına və gücləndirilməsinə töhfə vermək, dövlət təhsil müəssisələrinin infrastrukturunun inkişafı ilə bağlı proqramlar həyata keçirmək Fondun əsas fəaliyyət istiqamətləridir. TİF-in ilk layihələrindən biri “Qızların təhsilinə dəstək” təqaüd proqramıdır. Fond sözügedən layihəni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirir. Sevindirici haldır ki, bu təşəbbüsə özəl sektor nümayəndələri də qoşulub. Onlardan biri də “NEQSOL Holding”dir. Ötən il oktyabrın 4-də TİF ilə “NEQSOL Holding” arasında Əməkdaşlıq Memorandumu imzalanıb, daha sonra dövlət-özəl əməkdaşlığının bariz nümunəsi olan “Parla” təqaüd proqramı elan edilib. 

- Proqramın özəllikləri nədir?
- “Parla” aztəminatlı ailələrdən olan yüksək akademik göstəricilərə malik tələbə qızlar üçün elan edilmiş təqaüd proqramıdır. 
Proqram iştirakçılara aylıq təqaüdlə təmin olunma imkanı verməklə yanaşı, təcrübə, mentorluq, təlimlərdə iştirak və “NEQSOL Academy”, “LinkedIn Learning”, “Enocta” vasitəsilə dünyanın aparıcı universitetlərinin proqramlarına çıxış imkanları yaradır. Bundan əlavə, proqram çərçivəsində qızlar ümumi ingilis dili, IELTS imtahanına hazırlıq üzrə kurslara cəlb edilir, IELTS imtahanını ödənişsiz vermək fürsəti əldə edirlər. 
Qeyd edim ki, iştirakçıların şəxsi və peşəkar inkişaflarının artırılması məqsədilə ünsiyyət bacarıqları, karyera inkişafı üzrə təlimlər, xaricdə təhsil haqqında məlumat sessiyası keçirilib. “Norm” ASC-nin istehsalat zavoduna sahə turu təşkil edilib. 

- Bu günədək nə qədər tələbə qız bu proqramdan bəhrələnib? 
- Birinci qrup üzrə aparılmış qəbula əsasən, 50 qız proqramdan yararlanır. Proqramın ilk elanı 4 oktyabr 2023-cü il tarixində baş tutub. 674 müraciət arasından seçim mərhələlərini uğurla tamamlayan 50 qalib müəyyən edilib. Beləliklə, 2024-cü ilin yanvar ayından  50 qadına 200 manat məbləğində təqaüd verilir. Qaliblərin 5-i şəhid həyat yoldaşıdır.
Bu il sentyabrın 3-də “Parla” təqaüd və inkişaf proqramının ilk ”Məzun günü” keçirilib, 14 tələbə qız proqramdan məzun olub. Məlumat üçün bildirim ki, həmin tələbələrdən 4-ü “NEQSOL Holding”də və şirkətlərində işlə təmin olunub. 36 qız təqaüd almağa davam edir. 

- Proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur? Ümumiyyətlə, proqrama qəbul necə həyata keçirilir? 
- TİF və “NEQSOL Holding” arasındakı əməkdaşlığa əsasən, Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” proqramı həyata keçirilir. Beləliklə, hər il 50 tələbə qızın bu proqramdan faydalanması nəzərdə tutulur. 


Bir müddət əvvəl ikinci “Parla” proqramına qəbul yekunlaşdı və müsahibə mərhələsinə dəvət olunacaq tələbə qızların adları açıqlandı. Bu il proqrama 791 nəfər müraciət edib. Seçim şərtlərinə cavab verən 128 namizəd müsahibə mərhələsinə vəsiqə qazanıb. Növbəti həftədən etibarən iştirakçılar mərhələli şəkildə müsahibələrə dəvət ediləcəklər. Bu il ümumilikdə 86 gənc proqramın iştirakçısı olacaq.
Hər iki qurum proqramın uzunmüddətli olmasını arzu edir, layihə çərçivəsində tələbə qızların sayını artırmağı hədəfləyir.  

- "Parla" qızlarımıza nələr vəd edir?
- “Parla” tələbə qızlara təkcə maddi dəstək deyil, həm də onların həyatında mühüm dönüş yarada biləcək fürsətlər təqdim edir. 
Burada qızlar yalnız təqaüd almaqla kifayətlənmir, eyni zamanda təhsil və bacarıqlarını artırmaq üçün müxtəlif kurslara, təlimlərə və proqramlara cəlb olunurlar. İngilis dili kursları, IELTS imtahanına hazırlıq və pulsuz imtahan imkanı onların qlobal arenada özlərini təsdiq etməsinə yol açır. “Parla”dan məzun olanlar artıq öz məzunlar assosiasiyasını quraraq bir-birilərinə dəstək verirlər.

“Parla” hər bir iştirakçıya yalnız dəstək deyil, gələcəkdə daha güclü, özünəinamlı və cəmiyyətdə aktiv rol oynayan bir şəxs olmaq üçün unikal şans verir. Bu proqram öz potensialını reallaşdırmaq istəyən hər bir tələbə qız üçün yeni bir üfüq açır. 

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.