Bütün xəbərlər
28 noyabr, 13:16

“"Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi" adlı layihənin açılış tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə UASB rəsm komitəsinin sədri, Orta Asiya və Azərbaycan təmsilçisi, Sülh rəssamı Nəvai Mətin, müsabiqənin münsiflər heyətinin üzvü Ehtiram Xəlilov, Ağstafa Dövlət Rəsm Qalereyasının direktor əvəzi Oruc Mansırov, Ekologiya üzrə mütəxəssis Ramilə Əhmədova, Poylu kənd tam orta məktəbinin direktoru Xatirə Həsənova, təsviri incəsənət müəllimləri və xüsusi istedadlı şagirdlər iştirak ediblər.

Layihənin məqsədi orta məktəb şagirdləri arasında ətraf mühit haqqında məlumatlılığı inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsi ilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.

Qeyd edək ki, 4 ay davam edəcək layihədə 18 yaş aralığında uşaq və yeniyetmələr iştirak edəcək. Layihə çərçivəsində ekoloji məlumatlandırma, rəqəmsal incəsənət alətlərinin təqdimatı və istifadə üsulları mövzusunda həftədə bir dəfə olmaqla 1 ay davam edən təlimlər keçiriləcək.

12 saatlıq şagirdlərin təlim proqramı ekoloji maarifləndirmə və davamlılıq mövzularına diqqət yetirəcək və təqdimatlar, seminarlar və müzakirələr olacaq.

Xatırladaq ki, "“Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi" adlı layihə Ağstafa rayon Poylu kənd S.Məmmədov adına tam orta məktəbin təsviri invəsənət müəllimi Ələkbərova Həbibə tərəfindən həyata keçirilir.

Şərhlər

Xəbər lenti

7 iyun, 11:06

ATİAHİ 1000 nəfər təhsil işçisini sevindirdi

7 iyun, 11:06

Güclü cəmiyyətin təməli - Əsl ailə necə olmalıdır?

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.