Bütün xəbərlər
29 noyabr, 09:21

Özbəkistan Respublikasının Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) Tarix fakültəsinin Mənəviyyatın əsasları və hüquqi təhsil ixtisasının III-IV tədris ili tələbələri qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbə mübadiləsində iştirak edirlər.  

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Noyabrın 28-də  tələbələr ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüşüblər.

Görüşdə tələbələrə ADPU-nun beynəlxalq fəaliyyətləri haqqında ətraflı məlumat verilib. Professor M.Hüseynova, eyni zamanda, tələbələrə akademik mübadilə çərçivəsində fəaliyyətlərində uğur qazanmaq üçün müvafiq dəstək göstəriləcəyini vurğulayaraq, hər hansı çətinliklə qarşılaşacaqları halda operativ şəkildə hər cür dəstəyin göstəriləcəyini qeyd edib. 

Özbək tələbələrin mübadiləsi 26 noyabr - 29 dekabr tarixləri arasında davam edəcək. Bu müddət ərzində tələbələr ADPU-nun Tarix və coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının mühazirələrində iştirak edəcək, tələbə və müəllim heyəti ilə müzakirələr apararaq yeni təcrübələrə yiyələnəcəklər.

Qeyd edək ki, Pedaqoji Universitetlə DDPU arasında  hər iki ölkənin dili, tarixi, mədəniyyəti, təhsil sistemi ilə tanışlıq və universitetlərin elmi və tədris sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə 2022-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində mütəmadi olaraq tələbə və müəllim mübadilələri həyata keçirilir. Ötən tədris ilinin payız və yaz semestrlərində DDPU-nun Musiqi müəllimliyi və İngilis dili və ədəbiyyatı ixtisaslarının tələbələri də ADPU-da mübadilə iştirak ediblər.

1 /2

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.