Bütün xəbərlər
4 dekabr, 12:59

O, təkcə tablolar, kətanlar üzərində deyil, həm də divar üzərində maraqlı rəsmlər çəkir. Uşaqlıqdan rəsmə böyük həvəsi olan Nuray bu peşəni müəllim yanına getmədən, özü sərbəst şəkildə öyrənməyə çalışıb. Lakin daha sonra bu sahə üzrə bacarıqlarını təkmilləşdirməyə qərar verib.

Paytaxtdakı 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nuray Əliyeva “Azərbaycan müəllimi” ilə söhbətində deyir ki, məktəblərində siniflərarası keçirilən rəsm yarışmasında birinci yeri tutduqdan sonra öz istedad və bacarığını yoxlamaq üçün 3 rəsm əsəri ilə Binə Mədəniyyət  Mərkəzində təşkil olunan rəsm müsabiqəsinə qatılıb: “Bu müsabiqə, əsasən, sərbəst texnikaya aid idi. İstədiyimiz rəsmi çəkə bilərdik. “Musiqi bizim ruhumuzdur”, “Qadınların görünməyən ruhu”, “Anılmaz duyğular”  adlı rəsmlərim münsiflər heyəti tərəfindən  bəyənildi  və 103 nəfərdən  6 nəfər növbəti tura vəsiqə aldı”.

Nuray danışır ki, növbəti tura 12  rəsmi ilə qatılıb. “Rəng ahəngi”,  “Musiqi həyatım”,  “İnanclı həyat”, “Bədahətən çalar”, “Boyalı gəncliyim”,  “Xəyallarımın ümüdü”,  “Axış”,  “İldırımlı çalar”, “Naxışlı xalça”,  “Müharibənin bitməyən fəryadı”, “Çağırış” və  “Həyatın Mübarizəsi” əsərləri, xüsusilə 44 günlük Vətən müharibəsinə həsr etdiyi “Dəmir yumruq”  əsəri  seyrçilər tərəfindən bəyənilib: "Milli və müasir üslubda işlədiyim kompozisiyalar, təbiət  tabloları həmişə tamaşaçılarda xoş ovqat yaradıb. Əlbəttə, rəsm müəllimim Vüqar Muradovun əməyi sayəsində bu uğurlara nail olmuşam.  Sərgiyə çıxardığım rəsmlərimdən bəzilərini satmışam, bəzilərini isə hədiyyə etmişəm. Amma daha çox sifarişlər qəbul edirəm, çünki tablolar, kətanlar üzərində işləməyimə baxmayaraq, divar üzərində də rəsmlər çəkməyi bacarıram”.

Məktəblinin sözlərinə görə, Muğam Mərkəzində, Bakı Xətai Sənət Mərkəzində keçirdiyi sərgilərində 20 -ə yaxın əsəri nümayiş olunub və tamaşaçılar tərəfindən bəyənilib.

Gənc istedad eyni zamanda “Zirvə” Uşaq Akademiyasının onlayn rəsm klubunun sədri seçilib. O, kiçik yaşlı həvəskar rəssamlara boyalar, rənglərlə bağlı təlimlər, müsabiqələr keçirir, onları bu  peşəni sevdirməyə çalışır. Arzusu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olmaqdır".

1 /1

Şərhlər

Xəbər lenti

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.