Bütün xəbərlər
4 dekabr, 15:55

Dekabrın 4-də TIMSS 2023 (Riyaziyyat və Təbiət Elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb.

“Azərbaycan müəllimi” Təhsil İnstitutuna istinadən xəbər verir ki, nəticələrə əsasən,  Azərbaycan 4-cü sinif riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Təbiət elmləri üzrə nəticə isə 422 bal olub. Bu nəticələr ötən tədqiqat dövrü ilə müqayisədə daha aşağıdır. Azərbaycanın 4-cü sinif üzrə riyaziyyat nəticələri Fransa, Belçika (Fransız), Yeni Zelandiya, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yaxşı olub.

4-cü sinif üzrə tədqiqatın ilk beşliyində Sinqapur, Çin (Taypey), Koreya Respublikası, Honkonq və Yaponiya yer alıb.

           *Hədəf saydan daha az şagirdin və məktəbin tədqiqatda iştirak etdiyi ölkələr.

8-ci sinif üzrə tədqiqatda ilk dəfə iştirak edən şagirdlərimiz riyaziyyat fənni üzrə 479 balla 44 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycanın riyaziyyat fənni üzrə nəticəsi iştirakçı ölkələrin ortalamasından yüksək olub. Bu nəticə Portuqaliya, Gürcüstan, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yuxarıdır. 8-ci sinif üçün təbiət elmləri üzrə nəticəmiz isə 411 bal təşkil edib. Təbiət elmləri üzrə nəticəmiz isə ortalamadan aşağı olub.

           *Hədəf saydan daha az şagirdin və məktəbin tədqiqatda iştirak etdiyi ölkələr.

Təhsil İnstitutu tərəfindən nəticələrin ilkin təhlili onu göstərir ki, həm 4-cü, həm də 8-ci sinifdə şagirdlər bilik əsaslı suallara daha yaxşı cavab verdiyi halda onların çoxu tətbiqetmə və əsaslandırma bacarıqları tələb edən suallarda çətinlik çəkiblər. Şagirdlər həm riyaziyyat, həm də təbiət elmləri üzrə qapalı tipli test tapşırıqlarına daha yaxşı cavab verdikləri halda açıq tipli suallarda aşağı nəticə göstəriblər.

Təhsil İnstitutu tərəfindən TIMSS 2023 nəticələrinin ətraflı təhlili aparılaraq tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər və iş planı hazırlanacaq.

Qeyd edək ki, TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı 1995-ci ildən bəri 4-cü və 8-ci sinif şagirdləri arasında riyaziyyat və təbiət elmləri üzrə bilmə, tətbiqetmə və əsaslandırma bacarıqları istiqamətində ölçməni həyata keçirir. Hər dörd ildən bir keçirilən tədqiqatın sonuncu dövründə 70-dən çox ölkə iştirak edib. Azərbaycan TIMSS tədqiqatına 2011-ci, 2019-cu və 2023-cü illərdə qoşulub. Ölkəmiz 2023 tədqiqatında ilk dəfə olaraq həm də 8-ci sinif səviyyəsində qatılıb. Əvvəlki dövrlərdən fərqli olaraq 2023-cü ildə tədqiqat ölkəmizdə ilk dəfə kompüter əsaslı (eTIMSS) keçirilib.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

17 oktyabr, 14:07

Elon Mask məni ruhlandırdı Tələbələrimiz dünyanın ən yaxşıları sırasında

17 oktyabr, 13:57

Dərslə tam vəhdətdə olmaq vəziyyəti

17 oktyabr, 13:43

İnnovativ tədris yanaşmalarını özündə birləşdirən HP IDEA təlimləri davam edir

17 oktyabr, 13:39

AzMİU-da “Tarix Yazan 44 Gün” adlı rəsm sərgisi keçirilib

17 oktyabr, 13:35

ETN vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.