Bütün xəbərlər
6 dekabr, 11:54

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə attestasiyanın keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə dekabrın 6-da Muzey Mərkəzində keçirilən mətbuat konfransında bildirilib. Mətbuat konfransında attestasiyanın hansı müddət ərzində və hansı mərhələlərlə keçirilməsi məsələsinə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova, mədəniyyət nazirinin müşavirləri Cəsarət Valehov və Cahangir Səlimxanov aydınlıq gətiriblər. Diqqətə çatdırılıb ki, attestasiyanın ölkə üzrə 2025-2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. Çıxış edənlər, ilk növbədə, fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın keçirilməsi məsələsinə də toxunublar. Qeyd edilib ki, fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin sayı bütün müəllimlərinin ümumi sayının 57%-ni (fortepiano 45 % və musiqi nəzəriyyəsi 12%) təşkil edir.

Attestasiyanın başlanılması üçün nazirlik və müəssisələr tərəfindən aparılacaq sənədləşmə işləri ilə bağlı məlumat verilərək bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yuxarı orqan kimi attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir. Qaydalara uyğun olaraq attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin (2025-ci il) başlanmasına qədər məktəb rəhbərliyi tərəfindən təsdiq edilməlidir.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.