
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində yerləşən katolik məktəbində silahlı insident baş verib.
“Azərbaycan müəllimi” xəbər verir ki, atəş açan şəxs məktəbin kilsə binasına hücum edərək iki uşağın ölümünə, on yeddidən çox insanın yaralanmasına səbəb olub. Daha sonra silahlı şəxs özünə atəş açaraq həyatına son qoyub.
Polisin ilkin məlumatına görə, hücum edən şəxsin 20 yaşlarında olduğu, cinayət tarixçəsinin olmadığı və hadisəni təkbaşına törətdiyi ehtimal edilir. Qeyd edək ki, insident dərs ilinin ilk həftəsində yaşanıb.
Hadisə yerinə toplaşan valideynlər övladlarının taleyindən xəbər almaq üçün uzun müddət gözləməli olublar. Faciə həm valideynlər, həm də ictimaiyyət arasında məktəblərdə təhlükəsizliklə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Mütəxəssislərin fikrincə, bu cür hadisələr statistik olaraq azalma meyli göstərsə də, ictimaiyyətdə yaratdığı qorxu və güvənsizlik hissi davam edir. Araşdırmalara görə, ABŞ-də son illərdə kütləvi atışmaların ümumi sayı azalıb, lakin məktəb mühitində belə faciələr valideynlərdə məktəblərin təhlükəsizliyi ilə bağlı ciddi şübhələr yaradır.
Ştat rəhbərliyi hadisəni qətiyyətlə pisləyərək uşaqların və müəllimlərin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlərin görüləcəyini bildirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər