Bütün xəbərlər
18 iyun, 10:50

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aparıcı ali təhsil müəssisəsi olan BƏƏ Universiteti (UAEU) arasında imzalanan tədqiqat əməkdaşlığı çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) həsr olunmuş beş birgə layihənin icrasına start verilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, layihələr DİM 7 (Əlçatan və təmiz enerji), DİM 9 (Sənaye, innovasiya və infrastruktur) və DİM 13 (İqlim dəyişikliyi ilə mübarizə) istiqamətlərini əhatə edir.

Hər bir tədqiqat layihəsində iki universitetin alimləri və tələbələri birgə çalışaraq elmi potensialın birləşdirilməsinə, innovativ həllərin tətbiqinə və gələcək üçün praktik nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyət göstərirlər. Tədqiqatlar həmçinin iki ölkə arasında akademik əməkdaşlığın inkişafında yeni mərhələ hesab olunur.

Layihə 1: Biodizel istehsalında biogen katalizatorların üstünlüyü

ADNSU-nun müəllimi Tahminə Tağı və UAEU-dan Zəfər Səid Şerin rəhbərlik etdiyi komandada tələbələr Aliyə Kurmayeva və Sara Malik-Aslanova iştirak edirlər. Araşdırma yumurta qabığından alınan biogen CaO katalizatorlarının sintetik alternativlərlə müqayisədə daha effektiv və əlçatan olduğunu üzə çıxarıb. Nəticədə 94.8% biodizel məhsuldarlığı əldə olunub. Layihə sənaye tətbiqi baxımından əhəmiyyətli perspektivlərə malikdir.

Layihə 2: Dayanıqlı inkişaf indikatorlarının süni intellektlə təhlili

ADNSU-dan Nigar İsmayılova və UAEU-dan Dr. Tanqavel Muruqanın rəhbərlik etdiyi bu layihədə tələbələr Nicat Axundzadə və İbrahim Muradov iştirak edirlər. Tədqiqat Dünya Bankının məlumatları əsasında ölkələrin CO₂ emissiyası və enerji sərfiyyatı üzrə təsnifatını aparıb. Gizli Markov Modelləri vasitəsilə 2030-cu ilə qədər davamlı inkişaf tendensiyaları proqnozlaşdırılıb və siyasət tövsiyələri hazırlanıb.

Layihə 3: Ağıllı və enerji qənaətli turizm marşrutları

Əziz Nuriyev (ADNSU) və Şerzod Turayevin (UAEU) rəhbərlik etdiyi layihədə tələbələr Kənan Qasımzadə və Əlihüseyn Oruczadə ilə birlikdə Z-əmsallarına əsaslanan bulanıq ehtimallı model hazırlayıblar. Model Bakı və Əbu-Dabi üçün səmərəli və ekoloji baxımdan zərərsiz turizm marşrutlarının planlaşdırılmasına imkan verir.

Layihə 4: Biomimetik damcı formalı platforma

Dərin sulu ərazilərdə külək enerjisi istehsalı üçün nəzərdə tutulan damcı formalı üzən platformanın dizaynı və eksperimental testləri bu layihənin əsas istiqamətini təşkil edir. Mahmud İsmayılov (ADNSU) və Nasir Səid (UAEU) tərəfindən həyata keçirilən layihədə tələbələr Şükufə Cəfərova və Nəzirin İsmayılova iştirak edir. CFD simulyasiyaları və dalğa tankı testləri dizaynın stabilliyini təsdiqləyib. Patentləşdirmə prosesi planlaşdırılır.

Layihə 5: Qamma şüalanması ilə çirklənmiş torpaqların təmizlənməsi

Samir Kərimov (ADNSU) və Məhəmməd Cəvaid Ziyaur Rəhmanın (UAEU) rəhbərlik etdiyi tədqiqat çirklənmiş torpaqlarda dayanıqlı təmizləmə metodunun tətbiqini əhatə edir. Cavidan Nəsirli və Nəzirin Əlihümbətova tərəfindən aparılan təcrübələrdə qamma şüalanması nəticəsində HCB və DDT kimi davamlı üzvi çirkləndiricilər 100%-ə qədər parçalanıb. Nəticələr GC-MS və HPLC analizləri ilə təsdiqlənib.

Qeyd edək ki, layihələrin nəticələri bu ilin noyabrında ADNSU-da təşkil olunacaq ortaq simpoziumda təqdim ediləcək. Burada hər iki universitetin tədqiqatçıları, sənaye nümayəndələri və dövlət qurumları davamlılıq və innovasiya istiqamətində fikir mübadiləsi aparacaqlar.

Şərhlər

Xəbər lenti

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikasiya prosesinin keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

18 iyun, 13:23

Kiçiklər üçün böyük imkanlar - Sabirabadda müasir bağça

18 iyun, 13:14

Sertifikatlaşdırmada maksimum bal toplayan müəllim: Dərsliklərdəki məlumatlar kifayət etdi

18 iyun, 13:06

Naxçıvanın təhsil naziri: Sertifikatlaşdırma tam şəffaf keçirilir 

18 iyun, 12:48

Mingəçevir Dövlət Universitetinin rektoru abituriyentlərlə görüşüb 

18 iyun, 12:40

Sabahın hava proqnozu açıqlanıb

18 iyun, 12:39

“İllərin təcrübəsi imtahanda öz sözünü deməlidir” 67 yaşlı müəllim

18 iyun, 12:17

“TikTok” müəllimlər üçün keçirdiyi müsabiqənin qaliblərini AÇIQLADI

18 iyun, 12:15

ADU-nun tələbəsi beynəlxalq döyüş arenasında uğur qazanıb

18 iyun, 11:55

MÜTDA: 10 min namizəd eyni anda imtahan verə bilər 

18 iyun, 11:52

Nurlan İsmayılbəyli: Sertifikatlaşdırma imtahanında davamiyyət 95 faizdir

18 iyun, 11:21

Nazir “City Hong Kong” Universiteti və “Asia Greentech” Fondunun rəhbərləri ilə görüşüb

18 iyun, 11:19

Psixoloqlar müsahibəyə cəlb olunacaq

18 iyun, 11:12

Məleykə Abbaszadə: Riyaziyyat fənni üzrə nəticələr aşağıdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.