Bütün xəbərlər
18 oktyabr, 11:51

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SEDIP – “Sustainable Economic Development, Science and Innovation Platform” tərəfindən “Elm və Davamlılıq Konfransı 2025” (“Science and Sustainability Conference 2025”) keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfransın məqsədi elmi tədqiqatların, innovasiyanın və iqtisadi inkişafın dayanıqlı gələcək naminə qarşılıqlı əlaqəsini gücləndirmək, elmi siyasətin yeni istiqamətlərini müzakirə etmək və elm-sənaye əməkdaşlığını təşviq etmək olub.

Konfransda Elm və Təhsil Nazirliyi, ADNSU, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Ehtiyatları Agentliyinin nümayəndələri və “Masdar” şirkətinin Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak ediblər. Konfrans “Novation” şirkətinin dəstəyi ilə təşkil edilib. Tədbirin tərəfdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olub.

“Sonsuz tərəqqi” devizi ilə keçirilən tədbirdə dövlət qurumlarının, akademik dairələrin və biznes nümayəndələrinin iştirakı ilə iki əsas panel müzakirəsi təşkil olunub. Birinci panel “Elm, iqtisadiyyat və dayanıqlı inkişaf”, ikinci panel isə “Texnologiya, startaplar və elmin gələcəyi” mövzusuna həsr edilib.

Müzakirələr zamanı elm siyasətinin təkmilləşdirilməsi, innovasiya yönümlü iqtisadi model, startap ekosisteminin inkişafı və dayanıqlı texnoloji gələcək istiqamətləri diqqət mərkəzində olub.

Tədbir çərçivəsində, həmçinin “ScienceHub” platformasının təqdimatı baş tutub. “ScienceHub” – Azərbaycan elmi ekosistemini gücləndirməyi, tədqiqatçıları və gənc alimləri bir araya gətirərək onların beynəlxalq elmi əməkdaşlıqlarda daha fəal iştirakını təmin etməyi hədəfləyən rəqəmsal təşəbbüsdür.

Konfrans ölkədə elm, təhsil, innovasiya və iqtisadiyyatın dayanıqlı inkişafı istiqamətində əməkdaşlıq üçün mühüm platforma rolunu oynayıb və gənc tədqiqatçılar üçün yeni imkanların formalaşmasına təkan verib.

1 /6

Şərhlər

Xəbər lenti

20 oktyabr, 14:46

Heca qura bilmir, sözləri qarışdırır – Bu, məsuliyyətsizlik deyil, disleksiya ola bilər

20 oktyabr, 13:19

Nəriman Qəhrəmanlı: Müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırırıq

20 oktyabr, 12:28

Ş.Mustafayev: Ortaq türk əlifbası dilimizi daha da gücləndirəcək

20 oktyabr, 12:18

Təhsil Qarabağa qayıdır: Zəngilan

20 oktyabr, 12:15

Kimya və riyaziyyat olimpiadaları üçün seçmə imtahanı keçirilib

20 oktyabr, 11:53

ADNSU-nun rektoru beynəlxalq müsabiqəyə qatılacaq tələbələrlə görüşüb

20 oktyabr, 11:47

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi, Sammit 2025 tədbiri keçiriləcək

20 oktyabr, 11:33

“bp Azərbaycan”dan gənclər üçün fürsət

20 oktyabr, 11:30

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert müsabiqəsi elan olunur

20 oktyabr, 11:13

ICESCO rəsmisi: İqlim fəaliyyətinin təhsil proqramlarına salınması üçün səy göstərilir

20 oktyabr, 11:02

Məryəm Qafarzadə: Ekoloji məsuliyyəti təhsil sistemlərinin mərkəzinə qoymalıyıq

20 oktyabr, 10:49

ICESCO rəsmisi: Gələcək nəsilləri necə öyrətdiyimizə yenidən baxmalıyıq

20 oktyabr, 10:40

Sudan səmərəli istifadə maarifləndirmənin mühüm istiqamətlərindəndir – Nazir müavini

20 oktyabr, 10:31

Həsən Həsənli: Qarşılıqlı əməkdaşlıq olmadan qlobal çağırışların öhdəsindən gəlmək mümkün deyil

20 oktyabr, 10:29

Ölkəmizdə müəllimlərin peşəkar inkişafı necə təşkil edilir?

20 oktyabr, 10:28

“Müstəqil türk dövlətlərində dil siyasəti” – Monoqrafiya Qarabağ Universitetinin mühüm elmi nəticələrindəndir

20 oktyabr, 09:43

UNEC “Webometrics” reytinqində ölkə birincisi oldu

20 oktyabr, 09:41

QHT Əməkdaşlıq Forumu iştirakçıları Qarabağ Universiteti ilə tanış olub

19 oktyabr, 16:09

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.