Bütün xəbərlər
15 may, 12:32

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə 10 iyul 2025-ci il tarixinədək DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər (qeydiyyat linki şərhdə). 

Şəxsi kabineti olanlar qeydiyyat sisteminə daxil olarkən təyin etdikləri parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edəcək. Qeydiyyat sisteminə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Qeyd edək ki, parolunuz 12 – 20 simvol uzunluğunda (ən az bir rəqəm, bir latın hərfi və ""!@#$&_"" kimi xüsusi simvoldan ibarət) olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.

Sistemə daxil olarkən subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat bazasından avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə “sms” xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. 

Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 30 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın günlərdə başlayacaq və mayın 30-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər. 

Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. 

Qabiliyyət imtahanları haqqında daha ətraflı məlumatı “Abituriyent” jurnalının yaxın günlərdə çap olunacaq xüsusi buraxılışlarından əldə etmək mümkündür. XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və “məqbul” qiymət alan subbakalavrlar seçə bilərlər.

Şərhlər

Xəbər lenti

27 avqust, 17:31

Xaricdə onlayn təhsil almaq istəyənlərin nəzərinə! – Agentlik xəbərdarlıq etdi

27 avqust, 17:30

Tələbə krediti ilə oxuyan Amil: “Dəstək olmasaydı, məzun ola bilməyəcəkdim”

27 avqust, 17:29

Dövlət Proqramı vakansiya elan edib

27 avqust, 17:28

"Yenilənən məktəblər": Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəb – FOTOLAR

27 avqust, 17:19

AFFA-da Avropa çempionu olan ASA-nın futzal komandası ilə görüş keçirilib

27 avqust, 17:15

Ötən il qəbul oldu, amma imtina etdi – Bu il bacısı ilə birgə tələbə adını qazandılar

27 avqust, 17:05

Naxçıvanda 12 ucqar kənd məktəbinin bütün məzunları ali məktəbə qəbul olub

27 avqust, 16:44

Hindistan məktəblərində mənəvi dəyərlər tədris ediləcək

27 avqust, 16:31

"Google Translate" "Duolingo" ilə rəqabət aparmaq istəyir

27 avqust, 15:39

NDU-ya yüksək bal toplayan tələbələrin qəbulu 4 dəfə artıb

27 avqust, 15:23

Evdə təhsildən peşəyə uzanan yol... – Aytacın hekayəsi

27 avqust, 14:44

1300-dən çox namizəd MİQ üzrə vakansiya seçimində uğur qazanıb

27 avqust, 14:38

MİQ üzrə vakansiya seçiminin nəticələri elan edilib

27 avqust, 14:24

Azərbaycanlı tələbələr HTP çərçivəsində Rumıniyada təhsil alacaqlar

27 avqust, 13:33

Astaranın kiçik kəndindən ABŞ universitetinə gedən yol – Uğur hekayəsi

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.