Bütün xəbərlər
28 avqust, 10:31

“Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər” təsdiqlənib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.

Qərara əsasən, SABAH proqramlarının təşkili ilə bağlı tələblər müəyyən olunub. Belə ki, ali təhsil müəssisəsində beynəlxalq kitabxana resurslarına və elmi bazalara (SCOPUS, Web of Science və s.) çıxış imkanları olmalıdır. 

Həmçinin ali təhsil müəssisəsi müraciət edilən tarixə olan məlumatlara əsasən "Times Higher Education World University Rankings", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai Ranking)" beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların ən azı birində yer almalıdır (fəaliyyət müddəti 5 ildən az olan ali təhsil müəssisəsi istisna olmaqla).

Bundan başqa, tələblər sırasında ali təhsil müəssisəsinin elmi-pedaqoji heyətinin SABAH Proqramının təşkil ediləcəyi ixtisas sahəsi üzrə nüfuzlu elmi bazalarda (SCOPUS və Web of Science) indekslənən ümumi nəşrlərinin sayı azı 100  olmalıdır.

Ali təhsil müəssisəsində tələbələrin inkişafını dəstəkləyən qabaqcıl ekosistem (karyera və inkişaf mərkəzləri, dövlət-özəl ortaq təcrübə proqramları, mentorluq sistemləri, tələbə klubları və s.) mövcud olmalı və tələbələrin layihə, müsabiqə, konfranslarda iştirakına maliyyə dəstəyi verilməlidir.

Universitetlərdə SABAH proqramının həyata keçiriləcəyi ixtisas üzrə məzunların məşğulluq faizi ölkədəki eyni ixtisas üzrə orta göstəricidən (müvafiq məlumatların əlçatanlıq səviyyəsi aşağı olduqda ali təhsil müəssisəsi üzrə məzunların ümumi orta məşğulluq göstəricisindən) yüksək olmalıdır (son 2 tədris ilinin məzunları istisna olmaqla əvvəlki 3 tədris ilinin məzunlarının məşğulluq məlumatlarına əsasən).

Son 3 tədris ilində Azərbaycan ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən müvafiq ali təhsil müəssisəsində SABAH proqramının həyata keçiriləcəyi ixtisas (ixtisaslaşma) üzrə minimum və orta qəbul balları ölkə üzrə orta göstəricidən yüksək olmalıdır.

SABAH proqramının təşkil ediləcəyi ixtisas qəbuluna dair nəticələrə əsasən son 3 tədris ilində faktiki tələbə qəbulu göstəricisi 90%-dən yuxarı olmalıdır. Ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas üzrə son 3 tədris ilində müəllim-tələbə nisbəti 1/15 – 1/20 aralığında olmalıdır. SABAH proqramının təşkil ediləcəyi ixtisas (ixtisaslaşma) üzrə tədris prosesinə cəlb olunan müəllim heyətinin azı 40%-i müvafiq ixtisas sahəsi üzrə fəaliyyət göstərən özəl və ya dövlət sektorunda çalışan mütəxəssislərdən ibarət olmalıdır.

Həmçinin universitetlərdə SABAH proqramının təşkil ediləcəyi ixtisas  üzrə tədrisə cəlb olunmuş elmi-pedaqoji heyətin ən azı 60%-i elmi dərəcəyə və elmi ada malik olmalıdır.

Ali təhsil müəssisəsində SABAH proqramının təşkil ediləcəyi ixtisas  üzrə tədrisə tam ştatda işləyən elmi-pedaqoji heyətin azı 10%-i, tədrisə ali təhsil müəssisəsində saathesabı qaydada dərs deyən elmi-pedaqoji heyətin  isə azı 20%-i xarici dövlətin ali təhsil müəssisələrində təhsil almış olmalıdır.

SABAH proqramın təşkil ediləcəyi ixtisas  üzrə tədrisə cəlb edilən elmi-pedaqoji heyətin azı 5%-i nüfuzlu xarici ali təhsil müəssisələrinin professor-müəllim heyəti sırasından olmalıdır.

Şərhlər

Xəbər lenti

28 avqust, 17:45

Nazir müavini Həsən Həsənli Uqandanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

28 avqust, 17:26

Kəlbəcərdəki yeni məktəbdə ilk mərhələdə 68 şagird və 20 müəllim tədrisə cəlb olunacaq

28 avqust, 17:05

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olunanların NƏZƏRİNƏ!

28 avqust, 16:47

Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləri 114 məktəbdə çalışacaqlar

28 avqust, 16:38

25 yaşında köçkün, 57 yaşında Qarabağa qayıdan usta oldu 

28 avqust, 16:35

Qusarın poliqlot müəllimi: İndi ərəb dilini öyrənirəm, gələcəkdə başqalarını da öyrənəcəyəm – MÜSAHİBƏ

28 avqust, 15:53

Müəllimlərin məktəbdə yemək yeməsi xəbərdirmi? – ÇAĞIRIŞ

28 avqust, 15:05

“Azercell"in “Audio Kitablar” xidməti ilə kitabları hər yerdə dinləmək mümkündür

28 avqust, 14:56

Şəki-Zaqatala bölgəsində 172 məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

28 avqust, 14:50

Gürcüstanda 1,8 milyon illik insan çənəsi tapıldı

28 avqust, 14:22

Bir qrup təhsil işçisi Müəllimlərin XXI Yay İdman Oyunlarında iştirak edir

28 avqust, 14:12

182 nömrəli məktəbdən açıqlama: Görüntülər dərs vaxtı çəkilməyib

28 avqust, 13:30

Rus bölməsinin 6-cı sinifləri üçün yeni “Azərbaycan tarixi” dərsliyi hazırlanıb

28 avqust, 13:04

İlin ən möhtəşəm yarışı ICPC-nin başlamasına 3 gün qalıb!

28 avqust, 13:00

Tələbə kimi getdiyi Çikaqo Universitetindən müəllimlik təklifi aldı

28 avqust, 12:48

“Parla”nın məzunu Dövlət Proqramının iştirakçısı olub

28 avqust, 12:31

Bu il hansı yeni dərsliklər olacaq?

28 avqust, 12:20

Sabahın hava proqnozu açıqlanıb

28 avqust, 12:12

BSU-da doktoranturaya qəbul imtahanı ilə bağlı koordinasiya görüşü keçirilib

28 avqust, 12:05

Ulduz idmançıların arxasındakı qəhrəman müəllimlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.