Bütün xəbərlər
5 mart, 18:45

Ölkəmizdə uşaqların fiziki və psixoloji təhlükəsizliyinin qorunması məsələsi aktual məsələrdən biridir. Buna görə də bir sıra tədbirlər həyata keçirilir ki, hər birinin də məqsədi uşaqların rifahının təmin olunmasıdır. Ümumi təhsil müəssisələrində də şagird müdafiəsi və təhlükəsizliyini təmin edə bilmək üçün məktəb psixoloqlarının hadisələrə çevik yanaşması mütləqdir. Bunun üçün də Təhsil İnstitutu məktəb psixoloqları üçün effektiv müşahidə və analiz imkanları yaradan yeni bir dərsdinləmə vərəqi nümunəsini təqdim edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu nümunə məktəb psixoloqlarının işinin daha sistemli şəkildə təşkilinə, eləcə də müşahidənin və qeydiyyatın məqsədyönlü aparılmasına kömək edəcək. Dərsdinləmə vərəqi vasitəsilə psixoloqlar şagirdlərin təhsil mühitindəki iştirakını daha dəqiq qiymətləndirə, onların psixoloji və emosional ehtiyaclarını müəyyən edə bilərlər.

Təqdim olunan sənədin əvvəlində dərsdinləmə prosesinin məqsədləri, tətbiq qaydaları, meyarlar və istifadə üsulları barədə ətraflı məlumat verilir. Daha sonra iki dərsdinləmə vərəqi nümunəsi təqdim edilir:

• Dərsdinləmə nümunə vərəqi 1- fərdi şagird müşahidəsi
• Dərsdinləmə nümunə vərəqi 2- sinfin ümumi müşahidəsi.

Birinci nümunə fərdi şagirdin dərs prosesindəki fəaliyyətləri zamanı psixoloji vəziyyətini ilkin şəkildə müəyyən etməyə xidmət edir. Digər nümunə isə ümumilikdə bir sinfin şagirdlərinin psixoloji vəziyyətini müşahidə etməyə imkan verir. Psixoloq ehtiyac yarandıqda və məqsəddən asılı olaraq bu nümunələrdən istifadə edərək dərsdinləmədə iştirak edə bilər.

Qeyd edək ki, bu sənəd ümumi təhsil müəssisələrində çalışan məktəb psixoloqları üçün praktik və istifadəsi asan bir alət olmaqla yanaşı, məktəbdaxili psixoloji dəstəyin keyfiyyətini artırmağa xidmət etmək üçün nəzərdə tutulur.

PSİXOLOQ ÜÇÜN DƏRSDİNLƏMƏ VƏRƏQİ

 

Şərhlər

Xəbər lenti

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.