
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının müdiri Mənsurə Huseynova 10-14 dekabr 2024-cü il tarixlərində müştərək beynəlxalq əməkdaşlıq çərçivəsində Türkiyənin aparıcı universitetləri olan Marmara Universiteti, Gəbzə Texnik Universiteti, Bezmialəm Vakıf Universiteti və NBUAM-Nanotexnoloji və Biomazəmələr Uyqulama və Araşdırma Mərkəzində elmi ezamiyyətdə olub.
Gənc alim Marmara Universitetinin Kimya bölümü dekanı Prof. Dr. Ali Rza Özkaya və Türkiyə Kimya Dərnəyi Başkanı Prof. Dr. Bahattin Yalçınla, Gəbzə Texnik Universitetinin rektor müavini Prof. Dr. Mahmut Durmuşla, Bezmialəm Vakıf Universitetinin Kimya bölümü dekanı Prof. Dr. Gülaçdı Topçu, NBUAM- Nanotexnoloji və Biomazəmələr Uyqulama və Araşdırma Mərkəzinin müdiri Prof. Dr. Oğuzhan Gündüzlə görüşlər keçirib və tərəflər arasında birgə tədqiqatlar və həyata keçirilə biləcək elmi layihə məsələlərini müzakirə ediblər.
M.Hüseynova ezamiyyət müddətində adıçəkilən universitetlərin laboratoriyalarında aparılan müasir tədqiqatlarla da yaxından tanış olub.
Gənc laboratoriya müdiri eyni zamanda İstanbul Cərrahpaşa Universitetində keçirilmiş “En-Chem'SS- Yenilənə bilən Enerji” Yaşıl Kimya konfransında iştirak edib.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər