Bütün xəbərlər
18 mart, 15:51

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verib. 

Bəs bu imtahanlar namizədin hansı bilik və bacarıqlarını ölçəcək? Bunun vasitəsilə kimlər öz bilik səviyyəsini yoxlaya biləcək?

DİM-dən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu imtahan Azərbaycan dili üzrə bilik və bacarıqların A1-dən C2-yə qədər müxtəlif səviyyələr üzrə qiymətləndirilməsini nəzərdə tutur. Sınaq prosesinin məqsədi imtahanının effektivliyini yoxlamaq və onu daha da təkmilləşdirməkdir.

Azərbaycan dili üzrə sertifikasiya imtahanı dinləyib-anlama, oxuyub-anlama, yazı və danışma bacarıqlarını yoxlayır. Tapşırıqlar müxtəlif formatlarda təqdim olunur:  

- Qapalı tipli çoxseçimli testlər
- Açıq tipli uyğunluq tapşırıqları
- Yazılı cavab tələb edən suallar  

İmtahan ümumilikdə 3 saat davam edir və aşağıdakı bloklardan ibarətdir:  

1. Dinləyib-anlama (45 dəqiqə)  
- 6 mətn üzrə 30 sual təqdim edilir.  
- Hər mətn yalnız 1 dəfə dinlənilə bilər.
  
2. Oxuyub-anlama və leksik-qrammatik biliklər (60 dəqiqə)  
- 5 mətn üzrə 33 sual və leksik-qrammatik bilikləri yoxlayan 6 sual olmaqla ümumilikdə 39 sual təqdim edilir.  

3. Yazı (60 dəqiqə)  
- 1-ci hissə: 20 dəqiqə ərzində 120-140 sözdən ibarət e-mail, məktub, tərcümeyi-hal və s. yazılır. (Ümumi balın 30%-ni təşkil edir)  
- 2-ci hissə: 40 dəqiqə ərzində 200-250 sözdən ibarət esse yazmaq tələb olunur. (Ümumi balın 70%-ni təşkil edir).

4. Danışma (15 dəqiqə)  
- 1-ci hissə: 3 suala cavab verilir.  
- 2-ci hissə: Verilmiş şəkil təsvir edilir və şəkillə bağlı 2 suala cavab verilir.  
- 3-cü hissə: Mövzu üzrə çıxış edilir və təqdim olunmuş fikirlərdən ən azı ikisinə münasibət bildirilir. 
 
Qeyd edək ki, növbəti bloka keçdikdən sonra əvvəlki blokda dəyişiklik etmək mümkün deyil. İmtahan nəticələri emal olunduqdan sonra iştirakçıların qeydiyyat zamanı göstərdikləri e-mail ünvanına göndərilir. İştirakçıların məlumatlarının konfidensiallığı qorunacaq. 
DİM Azərbaycan Yazıçılar Birliyinin üzvlərini, elm adamlarını, xüsusilə müəllimləri bu imtahanda iştirak etməyə dəvət edir. 
İstifadəçilər bu link vasitəsilə platformada qeydiyyatdan keçərək ödənişsiz şəkildə sınaq prosesində iştirak edə bilərlər.

Şərhlər

Xəbər lenti

1 avqust, 19:53

BDU və Yerusəlim İbrani Universiteti birgə ikili diplom proqramına qəbul elan edir

1 avqust, 19:48

BDU “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

1 avqust, 19:32

Türkiyənin Azərbaycandakı səfiri BDU-da olub

1 avqust, 17:57

Avropada tam ştatlı məcburi təhsildə tövsiyə edilən illik tədris müddəti 2024/2025

1 avqust, 17:43

Yaşlıların təhsili üzrə tendensiyalar

1 avqust, 17:03

Kimyanı sevdirən müəllimlər: Onlar buna necə nail olurlar?

1 avqust, 16:37

“NEQSOL Holding” ”Parla"ya görə beynəlxalq mükafat aldı

1 avqust, 16:05

“Maarifçi”lər üçün “Rifah strategiyaları: sağlam və effektiv həyat tərzi” təlimi keçirilib

1 avqust, 15:57

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

1 avqust, 15:45

Emin Əmrullayev Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb

1 avqust, 15:34

Gümüş medal, yüksək ballar və fərqlənmə attestatları – 90 yaşlı məktəbin uğurları 

1 avqust, 14:23

Nadir Məmmədli: Süni intellektlə əldə etdiyimiz sözlərin hamısı lüğətə daxil edilməyəcək

1 avqust, 13:19

Ali Məhkəmə işdən çıxarılan direktorun iddiasını təmin etməyib

1 avqust, 12:59

Strategiya müzakirələri başladı: Peşə təhsilində dəyişikliklər gündəmdə

1 avqust, 12:34

Bakıdan Salyana dərs keçməyə gedən müəllim: Sinifdə bütün problemlərimi unuduram

1 avqust, 12:32

Sabahın hava proqnozu açıqlanıb

1 avqust, 11:18

İxtisasını özün necə düzgün seçə bilərsən? – Ekspert açıqlayır 

1 avqust, 10:27

Qobustanda peşə təhsili müəssisəsi fəaliyyətə başlayacaq

1 avqust, 10:18

Magistrlər üçün təhsil krediti: Bal tələbi varmı?

1 avqust, 10:04

Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.