
Aprelin 25-də Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Psixoloqlarının I Forumunun açılış tədbiri keçirilib.
NDU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 25-26 aprel tarixlərini əhatə edən forum iki gün ərzində zəngin proqram tərkibi ilə yadda qalıb. Aprelin 25-i bölmə iclasları olub.
Aprelin 26-da isə xüsusilə təlim və vörkşoplar təşkil olunub. Təcrübəli mütəxəssislərin təqdimatında 8 mövzuda 8 zalda keçiriləcən təlim və vörkşoplarda aktual məsələlər ətrafında müasir praktik yanaşmaların və tətbiqlərin paylaşılması təmin edilib. Professor Elxan Bəylərov, dosent Nuralı Çələbiyev, Bahar Bəylərova, həkim-pediatr, klinik psixoloq-reabitoloq, psixoterapevt Billurə Rəsulova, doktorant Nabat Rəfiyeva, doktorant Sevinc Eyvazovanın təqdimatda məruzələr dinlənilib. Vörkşoplarda Naxçıvan MR-in bütün ümumtəhsil məktəblərinin psixoloqları, NDU Tibb fakültəsinin “Psixologiya” ixtisasında təhsil alan tələbələri, NDU-dan və müxtəlif universitetlərdən qatılan mütəxəssislər iştirak ediblər.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər