Bütün xəbərlər
28 aprel, 18:05

Aprelin 26-da Femmes Digitales – "Texnologiyada Qadınların Dəstəyi" İctimai Birliyi Gəncə Regional 2 nömrəli ASAN xidmət Mərkəzində regional STARTECH Konfransının 10 illik yubileyinə həsr olunmuş tədbir təşkil edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin təşkilində  məqsəd kənd bölgələrindən olan məktəbli qızların texnologiya və innovasiya sahələrinə marağını artırmaq və onların gələcəkdə bu sahələrdə karyera qurmasına dəstək olmaq olub.

"ASAN xidmət" və Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə Gəncə və ətraf kəndlərdən 12–16 yaş arası 70–80 məktəbli qız iştirak edib. Proqram PASHA Technology, BESTCOMP, Fominov Consulting, B.EST Solutions və STEP IT Academy tərəfindən maliyyələşdirilib, Bloom Group təşkilati, InfoCity jurnalı isə informasiya dəstəyi göstərib.

Konfrans Gəncə Regional 2 nömrəli ASAN xidmət Mərkəzinin direktoru Fərid Yaqubovun açılış nitqi ilə başlayıb. Tədbir çərçivəsində məktəbli qızlar üçün tanışlıq sessiyaları, mentor çıxışları və gələcəyin peşələri barədə maarifləndirici təqdimatlar keçirilib. Qızlar texnologiyanın inkişafı fonunda hansı sahələrin önə çıxacağını və hansı peşələrin aktuallığını itirəcəyini öyrəniblər.

Tədbirin əsas məqamlarından biri "Real Həyatda Süni İntellekt Macəraları" seminarı olub. Burada iştirakçılar süni intellektin müxtəlif sahələrdə tətbiqi, ChatGPT üçün promptların hazırlanması və süni intellekt alətləri ilə yaradıcı təcrübələr aparmaq imkanını əldə ediblər. Qızlar həmçinin STEP IT Academy tərəfindən keçirilən "Robototexnika Qızlar Üçündür!" praktiki sessiyasında iştirak edərək real robotlar yığıb, onları kodlaşdırıblar.

Femmes Digitales İctimai Birliyinin təsisçisi və sədri Jana Krimpe tədbirdə çıxış edərək qeyd edib ki, STARTECH proqramı bölgələrdən gələn gənc qızların texnologiya sahəsində potensialını üzə çıxarmağa xidmət edir və gələcəyin qurulmasında mühüm rol oynayır.

"Azərbaycanın bölgələrindən gələn bu qədər parlaq qızın texnologiya sahəsində potensialını kəşf etməsi Femmes Digitales layihəsinin yaradılma səbəbini bir daha təsdiqlədi", – deyə Jana Krimpe bildirib.
 

STARTECH 2025 tədbiri iştirakçıların rəqəmsal biliklərini artırmaqla yanaşı, onların STEM sahələrində (elm, texnologiya, mühəndislik və riyaziyyat) karyera imkanları barədə biliklərini də genişləndirib. Tədbir, kənd bölgələrindən olan qızlar arasında texnologiyaya marağın artırılması və onları texnologiya sahəsində böyük hədəflər qurmağa təşviq etmək məqsədinə xidmət edib.

Qeyd edək ki, 2016-cı ildən keçirilən STARTECH Regional Proqramı bu günə qədər Masallı, Qəbələ, Quba, Şamaxı, Mingəçevir, Lənkəran, İsmayıllı, Şəki, Naxçıvan və Gəncə də daxil olmaqla, ölkə üzrə 3000-dən çox məktəbli qızı əhatə edib. 

Proqram mentorluq, real həyat nümunələri və interaktiv təlimlər vasitəsilə qızları İKT sahəsində təhsil və peşə seçiminə yönləndirir.

1 /9

Şərhlər

Xəbər lenti

26 iyun, 18:45

BŞTİ: Direktor və müavinin maşınının işçilər tərəfindən yuyulması araşdırılır

26 iyun, 13:21

Bakı Mühəndislik Universitetində “Məzun günü” keçirilib

26 iyun, 11:10

LDU-da “Məzun günü” keçirilib

26 iyun, 10:51

Sertifikasiyada neqativ hal: 7 müəllimin nəticəsi ləğv ediləcək

26 iyun, 10:47

Naxçıvan Hərbi Kolleci – Peşəkar orduya aparan zəfər yolu

26 iyun, 10:15

Sinifdə də, səngərdə də qəhrəman müəllim 

26 iyun, 09:11

BDU-da “Məzun günü” keçirilib

25 iyun, 20:54

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

25 iyun, 19:00

İmtahana könüllü qatıldı – 56 bal topladı

25 iyun, 18:50

Nazir müavini: BDU 100 ildən artıqdır ki, insan kapitalının formalaşdırılması missiyasının öhdəsindən gəlir

25 iyun, 18:41

"Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat uzadılır

25 iyun, 18:20

Zəhmətin zirvəsi Müəllimlərin sertifikasiya sevinci

25 iyun, 18:04

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri mükafatlandırılıblar

25 iyun, 18:00

50 dəqiqəyə maksimal bal topladı – İmtahandan uğurla keçənlər danışdı

25 iyun, 17:00

“Müəllim nə qədər savadlı olsa da, öz üzərində daim  işləməlidir” – Müəllimlərin fikirləri 

25 iyun, 16:30

Sertifikasiyadan keçən kimya müəllimləri: “Sualların 25-30-u çox sadə idi…”

25 iyun, 16:15

Çiçəkli qarşılama, ailə dəstəyi – İmtahanın sonuncu günü 

25 iyun, 16:12

“Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş forum keçirilib

25 iyun, 16:01

Proses kifayət qədər şəffaf keçir – Orxan Məmmədli

25 iyun, 15:59

Media qurumlarının rəhbərləri və influenserlər sertifikatlaşdırma imtahanını izləyiblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.