
S.C. Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının rəhbərliyi və şagirdləri Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində olublar. Əvvəlcə fakültədə gimnaziyanın rəhbərliyi ilə görüş keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə əməkdaşlıq perspektivləri, məktəbdə və Şərqşünaslıq fakültəsində tədris olunan dillər nəzərə alınmaqla tədbirlərin təşkili, tədris vəsaitlərinin hazırlanması və digər mühüm məsələlər müzakirə edilib.
Görüşdən sonra fakültədə Mövlana Cəlaləddin Rumiyə həsr olunmuş “Mövlana işığında” adlı tədbir keçirilib. Fakültənin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr Mövlana Cəlaləddin Ruminin həyat və yaradıcılığı haqqında təqdimat ediblər. Tədbirdə Mövlananın divanından, gimnaziya şagirdlərinin ifasında Nizami Gəncəvinin “Xəmsə”sindən şeirlər təqdim edilib.
Gimnaziyanın müəllim və şagird heyəti fars dili dərsində də iştirak edib, Şərqşünaslıq fakültəsinin kafedraları, kitabxanası ilə tanış olublar.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər