Bütün xəbərlər
28 aprel, 15:02

25 aprel 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun rəhbərliyi ilə Agentliyin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları Lənkəran Dövlət Universitetində (LDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialında bir sıra görüşlər keçiriblər.

TKTA-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşlərdə LDU-nun rektoru professor Natiq İbrahimov, ADPU Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, fakültə dekanları, professor-müəllim və inzibati heyət, həmçinin Tələbə Elmi Cəmiyyətinin nümayəndələri iştirak edib.

Görüşlərin keçirilməsində məqsəd sözügedən ali təhsil müəssisələrində (ATM) tələbəyönümlü tədrisin təşkili ilə bağlı cari vəziyyətlə tanışlıq və proqram üzrə akkreditasiya qiymətləndirilməsinin ötən ilki nəticələri, cari il üzrə hazırlıq səviyyəsinin müzakirəsi olub.

Çıxışlarında universitetlərlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə toxunan Tural Əhmədov region ATM-lərində keyfiyyət təminatının inkişafı və tələbəmərkəzli yanaşmanın təşviqi baxımından bu kimi səfərlərin davamlı olmasının vacibliyini qeyd edib.

Görüşlər çərçivəsində tədris prosesində tələbələrin aktiv iştirakı, qərarvermə və keyfiyyət təminatı proseslərinə cəlb olunmaları, eləcə də effektiv dəstək xidmətlərinin təşkili mövzularında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ATM-lər TKTA tərəfindən həyata keçirilən bu kimi səfərlərin ali təhsil sistemində keyfiyyət təminatı mədəniyyətinin möhkəmləndirilməsinə töhfə verdiyini bildirir.

1 /11

Şərhlər

Xəbər lenti

28 aprel, 18:12

Zərifə Əliyevanın adını daşıyan məktəbdə xatirəsi anılıb

28 aprel, 18:05

Gəncədə Beynəlxalq İKT-də Qızlar Gününə həsr olunmuş tədbir keçirilib

28 aprel, 17:00

Sevgi ilə böyüyən uşaqlar: İnternat tipli gimnaziyada bir gün 

28 aprel, 16:27

“Müasir metodist” layihəsi çərçivəsində vebinar təşkil olunub

28 aprel, 15:58

Şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri açıqlandı

28 aprel, 15:55

"Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi" mövzusunda təlim keçirilir

28 aprel, 15:48

Malayziya və Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə edilib

28 aprel, 15:13

Məktəblilər BDU-da olublar

28 aprel, 15:13

Müəllimlikdən başlayan ömür yolu

28 aprel, 14:35

Azərbaycan Psixoloqlarının I Forumunun açılışı olub

28 aprel, 14:34

AzMİU əməkdaşları Özbəkistanda keçirilən beynəlxalq sərgidə iştirak ediblər

28 aprel, 13:30

Çində təhsil alan doktorant: “Gənc tədqiqatçılar iki ölkə arasında elmi körpü ola bilərlər”

28 aprel, 13:24

Mayın 28-dək meteor yağışı müşahidə olunacaq

28 aprel, 13:08

“Məktəbli könüllülərin yaz düşərgəsi”nin açılış mərasimi keçirilib

28 aprel, 13:03

RFO-nun fizika və kimya fənləri üzrə final turu keçirilib

28 aprel, 12:20

“Öyrənməyi öyrətmək” – Dərin öyrənmənin sirri

28 aprel, 12:14

Sabahın hava proqnozu açıqlanıb

28 aprel, 11:49

TKTA-da Akkreditasiya komissiyaları ilə görüş keçirilib

28 aprel, 11:37

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.