Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə Özbəkistanın Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universiteti arasında elmi əməkdaşlığın möhkəmləndirilməsi, kadr və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə müqavilə imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, “Zoom” platforması üzərindən baş tutan mərasimdə institutun direktoru İbrahim Cəfərov elmi-tədqiqat işləri, gənc kadrların inkişaf imkanları və Azərbaycan-Özbəkistan arasında elmi sahədəki əməkdaşlığın səmərəliliyindən danışıb.
Termez Dövlət Mühəndislik və Aqrotexnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Primkulov Beqzod müqavilənin iki ali təhsil müəssisəsi arasında əlaqələrin dərinləşməsinə təkan verəcəyini vurğulayıb. Görüşdə müştərək layihələrin həyata keçirilməsi, konfransların təşkili, birgə elmi-tədqiqatların aparılması və kadr hazırlığı sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi planlaşdırılıb.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)