Bütün xəbərlər
30 may, 14:50

“Azercell” şirkəti rəqəmsal savadlılığın artırılması və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıqda “Məktəblilər üçün Kibermaarifləndirmə Proqramı”na başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihənin məqsədi məktəbliləri rəqəmsal məkanda qarşılaşa biləcəkləri risklər barədə məlumatlandırmaq və onlara təhlükəsiz onlayn vərdişləri aşılamaqdır. Təlimlərdə iştirakçılara şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə təhlükəsizlik qaydaları, onlayn fırıldaqçılıq və kiberbullinqə qarşı mübarizə üsulları üzrə praktiki biliklər təqdim olunur. Beynəlxalq standartlara əsaslanan proqram Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri tərəfindən aparılır.

İlkin mərhələdə proqram Xızı, Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən məktəbləri əhatə edib. Ümumilikdə 250-yə yaxın məktəblinin iştirakı ilə keçən təlimlərdə şagirdlər virtual mühitdə üzləşə biləcəkləri risklər, həmçinin trollinq, kiberbullinq və onlara qarşı effektiv mübarizə üsulları barədə geniş məlumat əldə ediblər. 

Bildirilib ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və İsrailin “Technion” Texnologiya İnstitutunun birgə tərəfdaşlığı ilə yaradılıb. Mərkəz kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadr hazırlığı, peşəkar inkişaf, ictimai maarifləndirmə, məhsul tədqiqatı və həllərin hazırlanması istiqamətində fəaliyyət göstərir.

Azercell artıq on ilə yaxındır ki, internet təhlükəsizliyi mövzusunda maarifləndirmə təşəbbüsləri həyata keçirir. Bu layihələr nəticəsində Bakı və regionlarda minlərlə uşaq və valideyn rəqəmsal təhlükəsizlik və şəxsi məlumatların qorunması ilə bağlı zəruri biliklərlə təmin olunub. Şirkətin bu sahədə davamlı fəaliyyəti ölkədə kibertəhlükələrə qarşı dayanıqlı maarifləndirmə mühitinin formalaşdırılmasına əhəmiyyətli töhfə verir.

1 /8

Şərhlər

Xəbər lenti

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.