
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat qrupunun üzvləri “Gələcəyinin memarı ol” devizi ilə Dağlıq Şirvan Regional Təhsil İdarəsinə daxil olan Şamaxı və İsmayıllı rayonlarının ümumtəhsil məktəblərində görüşlər keçiriblər.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüş zamanı Təbliğat-təşviqat qrupunun üzvləri – Universitet Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev, Materialşünaslıq kafedrasının əməkdaşları Cəmalə İsmayılzadə və Xəyalə Camalova, İnşaat konstruksiyaları kafedrasının əməkdaşı Səidə Mürsəli çıxış edərək AzMİU-nun tədris imkanları, fakültələri, ixtisas seçimləri və tələbə həyatı haqqında ətraflı məlumat veriblər.
Universitetin əməkdaşları, eyni zamanda, universitetə qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, ikili diplom proqramları və onlara müraciət qaydaları, fakültələr üzrə təhsil haqqı məsələləri, eləcə də ixtisaslara uyğun ölkə daxili və beynəlxalq təcrübə imkanları ətrafında məktəblilərlə söhbət aparıblar.
Görüşlər zamanı abituriyentləri maraqlandıran suallar Təbliğat-təşviqat qrupunun üzvləri tərəfindən cavablandırılıb, ixtisas seçimində çətinlik çəkən məktəblilərə dəyərli məsləhətlər verilib.
Maarifləndirici və motivasiyaedici xarakter daşıyan bu görüşlər gələcəyin tələbələrinə düzgün istiqamət seçməkdə yardımçı olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər