Bütün xəbərlər
18 mart, 16:02

Azərbaycan Memarlıq və İnşaat Universitetin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində fəaliyyət göstərəcək Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin “Dayanıqlı Mühəndislik” klubunun açılışı baş tutub. Klubun yaradılması universitetin 50 illik yubileyinə həsr olunub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə TEC-in sədri Günel İmamquliyeva klubun əhəmiyyəti və tələbələrə verəcəyi faydalar barədə məlumat verib. Daha sonra fakültənin dekan əvəzi Elgiz Həsənov, Mühəndis sistemləri və qurğuların tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov, fakültə TEC-in sədri Hamlet Əliyev, fakültənin akademik heyəti klubun yaradılmasını yüksək qiymətləndirərək, onun fəaliyyətinə uğurlar arzulayıblar.

Bildirək ki, klubun əsas məqsədi bərpa olunan və alternativ enerji mənbələri, eləcə də dayanıqlı mühəndislik sahəsində tələbələrin bilik və bacarıqlarını artırmaq, elmi tədqiqatlara marağı təşviq etməkdir. Bu istiqamətdə seminarlar, təlimlər, texniki ekskursiyalar və müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

Tədbirin davamında klubun sədri Məleykə Əliyeva və digər komanda üzvləri “Dayanıqlı Mühəndislik” adlı təqdimatla çıxış ediblər. Təqdimat zamanı alternativ enerji mənbələrinin mühəndislik sahəsində rolu, klubun strateji hədəfləri, planlaşdırılan seminarlar, texniki ekskursiyalar və layihələr barədə ətraflı məlumat verilib. Həmçinin klub üzvləri auditoriyaya təqdim olunub,  onların gələcək fəaliyyət istiqamətləri haqqında  məlumat verilib.

Universitet rəhbərliyi və akademik heyətin dəstəyi ilə fəaliyyət göstərəcək “Dayanıqlı Mühəndislik” Klubu tələbələrin nəzəri biliklərini təcrübə ilə birləşdirməsində, elmi tədqiqatlara maraqlarının artmasında və mühəndislik sahəsində innovativ yanaşmaların inkişafında mühüm rol oynayacaq.

1 /6

Şərhlər

Xəbər lenti

9 may, 17:56

Gəncə məktəbliləri LEGO turnirində iki kubok qazandılar

9 may, 17:06

Riyaziyyat fənni üzrə RFO-nun qalibləri elan edildi

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.