Bütün xəbərlər
7 aprel, 13:30

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində elektron siqaretlərin (veyplər) zərərləri barədə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüş keçirilib.

AzMİU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüş zamanı çıxış edən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili, AQTA və Səhiyyə Nazirliyinin əməkdaşları müasir dövrün bəlasına çevrilən veyplərin insan sağlamlığına olan təhdidlərindən danışıblar. Qeyd olunub ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Parlaq rənglər, şirin meyvə dadları və sosial mediada yayılan cəlbedici görüntülər elektron siqaretlərin gənclər arasında populyarlaşmasına səbəb olub.

Tələbələrin diqqətinə çatdırılıb ki, elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər var. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.

Nümayəndələr son illərdə veyp istifadə edən gənclər arasında yayılan “popkorn” xəstəliyi barədə məlumat veriblər. Bildirilib ki, bu xəstəliyin əsas səbəblərindən biri veyp mayelərinə əlavə olunan “diasetil” adlı kimyəvi maddədir.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Veyp istifadə edən gənclərə sağlamlıqlarını riskə atmamaq üçün bu məhsulların təhlükələri barədə araşdırmaq və gec olmadan bu zərərli vərdişi tərgitmək tövsiyə olunub.

1 /7

Şərhlər

Xəbər lenti

8 aprel, 13:14

Emin Hüseynov: Füzuli ilə Ağdamda yeni məktəb və bağça inşa olunur

8 aprel, 13:12

Rektor: Biz startapları, biznes layihələrini dəstəkləyən innovasiya mərkəzi yaratmağa hazırlaşırıq

8 aprel, 13:09

Fariz İsmayılzadə: Qarabağ Universitetinin böyük hədəfləri və planları var

8 aprel, 13:08

Şahin Bayramov: Xocalıda kənd təsərrüfatı məktəbinin fəaliyyətə başlaması nəzərdə tutulur

8 aprel, 12:47

AzMİU-nun 2 komandası Dünya Robototexnika Çempionatının finalına vəsiqə qazanıb

8 aprel, 12:37

DİM valideynlərə müraciət etdi: Aldanmayın!

8 aprel, 12:29

"Məktəbli avtobusu" yeni tədris ilindən tətbiq olunacaq

8 aprel, 12:22

Nazir: İbtidai sinif müəllimliyinə qəbul olanların sayı xeyli artıb

8 aprel, 12:20

AzMİU və POLİMİ arasında ikili diplom proqramının tələbələri məzun olublar

8 aprel, 12:01

UNEC-də “Elm Festivalı 2025” keçirilir – FOTOLAR

8 aprel, 11:50

Gələn həftədən meteor yağışı müşahidə olunacaq

8 aprel, 11:43

DİM: Hər şagirdin ümumi işi ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılır

8 aprel, 11:33

Buraxılış imtahanlarının nəticələrinin açıqlanacağı vaxt bəlli oldu 

8 aprel, 11:24

ADNSU-da doktorantların elmi seminarı keçirilib

8 aprel, 11:23

DİM: Markerlər qazandıqları təcrübəni məktəbdə tətbiq edə bilərlər

8 aprel, 11:21

I sinfə müsabiqəsiz qəbul aparacaq liseylərin adları açıqlanıb

8 aprel, 11:15

Nazir: Əsas vəzifələrdən biri elm və təhsil arasındakı uçurumu aradan qaldırmaqdır

8 aprel, 11:05

Nazir: Elmi müəssisələrdə ixtisarlar olmayacaq

8 aprel, 10:43

Bakıda vakant bağça müəllimi yerlərinin siyahısı açıqlandı

8 aprel, 10:31

ADNSU-da Geoloqlar Gününə həsr olunmuş tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.