Bütün xəbərlər
8 aprel, 12:20

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Milan Politexnik Universiteti (POLİMİ) arasında bakalavr pilləsində dizayn ixtisası üzrə həyata keçirilən ikili diplom proqramının 5 tələbəsindən 3-ü proqramı uğurla tamamlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqramı uğurla bitirən 2025-ci il məzunları Məryəm Əzizova, Ülviyyə Seyidzadə və Nigar Mahmudovadır. Onlar tədris müddətində həm nəzəri biliklər, həm də praktik layihələr üzrə yüksək nəticələr göstərərək proqramın tələblərinə tam şəkildə cavab veriblər.

Məzunlardan Məryəm Əzizova təhsilini İtaliyanın 110 ballıq qiymətləndirmə sistemi üzrə maksimal göstərici – 110 bal ilə başa vurub. O, təhsil müddətində moda nümayişləri və yaşayış məkanlarının interyer dizaynı üzrə layihələr hazırlayıb.

Ülviyyə Seyidzadə və Nigar Mahmudova da proqramı yüksək göstəricilərlə tamamlamağı bacarıb. Belə ki, Ülviyyə Seyidzadə 107/110, Nigar Mahmudova isə 106/110 nəticə əldə edib. Ülviyyə Seyidzadənin “The Casa Tela” adlı layihəsi Borgoda yerləşən mədəni və bədii icmalar üçün funksional interyer məkanının dizaynına həsr olunub. Nigarın “Cultural Mosaic” adlı layihəsi isə Villa Arconati yaxınlığında yerləşən yaşayış məkanında mədəni müxtəlifliyin əks etdirilməsi məqsədilə hazırlanıb.

Tələbələr, eyni zamanda, təhsil müddətində beynəlxalq layihə və müsabiqələrdə də iştirak ediblər. Ülviyyə Seyidzadə və proqramın digər iştirakçısı Enira Abdullayeva “Sustainable Hospitality Challenge 2024” beynəlxalq müsabiqəsinin Avropa yarımfinal mərhələsinə vəsiqə qazanıblər. Ötən il onların təqdim etdiyi “Seashell Sanctuary” layihəsi çərçivəsində dəniz məhsulları və akvamarin sənayesindən əldə olunan qabıqlardan istifadə edilməklə, 20% təbii inqrediyentlərdən ibarət xüsusi beton formul yaradılıb. Həmin materialdan hamam aksesuarları, dekorativ elementlər, çanaq və vanna modelləri hazırlanıb. Layihə qonaqpərvərlik sahəsində plastikdən istifadənin və karbon emissiyalarının azaldılmasına yönəlib.

Qeyd edək ki, bu ikili diplom proqramı çərçivəsində məzunlar həm AzMİU, həm də POLİMİ tərəfindən təqdim edilən diplomları əldə edirlər.

1 /3

Şərhlər

Xəbər lenti

16 aprel, 18:18

Baş Prokurorluqda ADA tələbələri ilə maarifləndirici görüş keçirilib 

16 aprel, 17:45

NDU-nun rektoru Elbrus İsayev əcnəbi professorlar ilə görüşüb

16 aprel, 16:41

Sınaq imtahanının nəticələri AÇIQLANDI

16 aprel, 16:34

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib

16 aprel, 16:27

UNEC-də “Əmək Bazarına Hazırlıq İndeksi” pilot layihəsi təqdim olunub

16 aprel, 16:19

Dağlıq ərazilərə qar yağır, bəzi çaylardan sel keçib – Faktiki hava

16 aprel, 15:41

Kənd məktəbindən möhtəşəm nəticə: 9 şagirdi buraxılış imtahanında yüksək bal topladı 

16 aprel, 15:40

“Hər çıxışım mənim üçün bir imtahandır” – Xalq artisti Alim Qasımov

16 aprel, 15:23

AzTU tələbələri beynəlxalq müsabiqədə 3-cü yerə layiq görülüb

16 aprel, 15:16

Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi ləğv edilib

16 aprel, 15:13

Bu il ATU-nun bəzi fakültələrində Dövlət Buraxılış İmtahanları olmayacaq

16 aprel, 14:53

Bakı Avropa Liseyinin şagirdləri Qalaktik Kosmik Düşərgəsində iştirak ediblər

16 aprel, 14:50

Optimallaşdırma effektiv və dayanıqlı elmi sistem formalaşdırmağa imkan verəcək

16 aprel, 14:49

Şagirdin cibindəki dünya: Təhsil üçün fürsət, yoxsa təhlükə?

16 aprel, 14:39

NDU EURIE 2025-də təmsil olunub

16 aprel, 14:12

Elm və təhsil nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

16 aprel, 14:01

Tətbiqi elmlərə yönəlmiş layihələrin dəstəklənməsi asanlaşacaq – Deputat

16 aprel, 13:55

Məktəblilər klassik teoremin yeni isbatını veriblər

16 aprel, 13:05

Tələbələr Qərbi Azərbaycanla bağlı problemləri BMT formatında müzakirə ediblər

16 aprel, 12:26

Nəsirəddin Tusi adına II fizika-riyaziyyat olimpiadasının final turu keçiriləcək 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.