Bütün xəbərlər
29 aprel, 09:59

Aprelin 28-də Bakıda, Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmək Məcəlləsindən, bu sahədə ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. "Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur", - deyə o əlavə edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında bildirib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir. 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb.

Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilber Hunqbo qeyd edib ki, süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyinin artırılması, risklərin monitorinqinin məhsuldarlığının yüksəldilməsi baxımından geniş imkanlar təklif edir: “Lakin bu texnologiyaların, eyni zamanda, ciddi narahatlıqlar da doğurduğu hər birimizə məlumdur. Dəqiq və etika tələb edən bir tətbiq olmadan işçi nəzarəti və alqoritmik idarəetmə kimi alətlər hüquqları, şəxsi azadlığı və rifahı təhlükə altına ata bilər”.

Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının Baş katibi Luk Triangi videoçıxışında bildirib ki, işçilərin hüquqlarının qorunması ilə bağlı geniş yayılmış tənzimlənmə boşluqları mövcuddur və müəssisələr həmin boşluqlardan istifadə edərək məsuliyyətdən yayınırlar.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib. O vurğulayıb ki, dünyada dövlətlərin fəaliyyət gündəliklərinin əsas prioritetlərindən biri əməkçi insanların, o cümlədən ailələrin sosial rifahını gücləndirmək, qadınların və uşaqların hüquqlarını qorumaq, hər kəsə bərabər imkanlar və bərabər fürsətlər yaratmaqdır. Qeyd edib ki, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva çıxışında deyib ki, son illər süni intellektin qlobal səviyyədə inkişafı onun tətbiqi sahələrini daha da genişləndirməklə, bir çox sektorda köklü dəyişikliklərə səbəb olmaqdadır. Qeyd edib ki, rəqəmsallaşma və süni intellekt bir tərəfdən müxtəlif sahələr üzrə əlverişli imkanlar yaratsa da, digər tərəfdən yeni sosial çağırışları da labüd edir. Belə ki, innovativ texnologiyaların istehsalatdan xidmət sahələrinə qədər geniş tətbiqi yeni bilik və bacarıqlara tələbatın artmasına, bəzi peşələrə ehtiyacın aradan qalxmasına, həmçinin iş yerlərində kütləvi ixtisarlara və diskriminasiya hallarına səbəb ola bilər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycanda əhalinin bacarıqlarının təkmilləşdirilməsi, yeni bacarıqların əldə edilməsi və ömür boyu öyrənmənin təşviqi istiqamətində həm dövlət, həm də özəl sektor səylərini birləşdirməli və bu əməkdaşlıq daha da güclənməlidir. O qeyd edib ki, bu yanaşma ölkəmizin yeni reallıqlara əsaslanan dayanıqlı və çevik iqtisadiyyatının formalaşmasına mühüm təkan verəcək. Onun fikrincə, özəl sektor xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılması məqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır.

Konfransda "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə" və "Uğurlu kollektiv müqavilə" müsabiqələrinin qaliblərinin təltifolunma mərasimi keçirilib. Müsabiqələrin qalibləri sırasında Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də yer alıb. Bu münasibətlə diplom Agentliyin İdarə Heyətinin sədri Vüqar Əliyevə təqdim olunub.

"Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdə tutur", -deyə o bildirib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev isə bildirib ki, hazırda ölkəmizdə 9 minə yaxın müəssisədə kollektiv müqavilələr mövcuddur və bu sənədlər vasitəsilə minlərlə işçinin hüquqları qorunur, əmək şəraiti təkmilləşdirilir. 2024-cü ildə yeni imzalanan kollektiv müqavilələrin sayı əvvəlki illə müqayisədə 14 faiz artıb.

1 /6

Şərhlər

Xəbər lenti

29 aprel, 14:36

Naxçıvan məktəblisi beynəlxalq arenada uğur qazanıb

29 aprel, 14:35

I sinfə qəbul: Qeydiyyatda olduğu ünvan fərqli olan valideynlərin müraciət QAYDASI

29 aprel, 14:25

Tərbiyə işinin qarşısında olan qlobal problemlər haqqında

29 aprel, 14:10

Dağlıq Şirvanın müəllimləri ABŞ-də nə öyrəndilər?

29 aprel, 14:02

Birinci sinfə qəbul üzrə qeydiyyat necə aparılır? – PROSESİN TAM İZAHI

29 aprel, 13:11

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ!

29 aprel, 13:03

Daha bir qrant layihə uğurla başa çatıb

29 aprel, 13:02

Doktorant və dissertantlar üçün yaz sessiyası təşkil olunub

29 aprel, 12:51

ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə tədbir təşkil edilib

29 aprel, 12:49

San-Dieqo Universitetinin yeganə azərbaycanlı tələbəsi: Ölkəmin inkişafına töhfə verəcəyəm

29 aprel, 12:45

Avropalı professor Franco Cozzani ADNSU-nun tədris şəraitini yüksək dəyərləndilib

29 aprel, 12:43

Sabahın hava proqnozu açıqlanıb

29 aprel, 12:28
29 aprel, 12:28

“Danninq-Krüger” effektinin qurbanı olmamaq üçün…

29 aprel, 12:27

TİF təqaüdçüləri üçün təlim sessiyası təşkil olunub

29 aprel, 12:23

Məktəbəqədər və ümumi təhsillə bağlı suallar yarandıqda hara müraciət etmək olar?

29 aprel, 12:19

ADPU-da Özbəkistan Milli Universitetinin əməkdaşları ilə görüş keçirilib

29 aprel, 12:18

Hərbi-idman oyununun paytaxt üzrə finalçısı bəlli olub

29 aprel, 12:00

46 soydaşımızı sovet işgəncəsindən xilas edib, gizli yolla ölkəyə gətirdi

29 aprel, 11:54

Dünya azərbaycanlıları Xankəndidə bir araya gələcəklər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.