Bütün xəbərlər
19 iyun, 11:45

Bakı Dövlət Universiteti (BDU) ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026: Top global universities” cədvəlində 688-ci yerdə qərarlaşıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu nəticə universitetin ötənilki 951–1000 aralığındakı mövqeyindən əhəmiyyətli irəliləyişə nail olduğunu göstərir. Qeyd olunan göstərici BDU-nun təkcə Azərbaycanda ali təhsil sahəsində deyil, bütün Cənubi Qafqazda lider mövqeyini bir daha təsdiqləyir və beynəlxalq akademik arenada artan nüfuzunun növbəti təsdiqidir.

QS agentliyi tərəfindən yeni reytinq sıralaması hazırlanarkən 105 ölkədən 8467 universitetin məlumatları qiymətləndirilib, onlardan yalnız 1501 universitet dünya reytinq siyahısına daxil edilib. Reytinqin hesablanmasında ali təhsil müəssisələrinin akademik nüfuzu, işəgötürənlər arasında tanınma səviyyəsi, elmi nəşrlərin miqdarı və onlara edilən istinadlar, məzunların məşğulluğu göstəriciləri, əcnəbi akademik heyət və tələbə nisbəti, beynəlxalq tədqiqat əməkdaşlıqları və dayanıqlılıq meyarları əsas götürülür.

BDU-nun bu uğuru son illərdə universitetin elmi fəaliyyətinin intensivləşdirilməsi, tədris və idarəetmə proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə qlobal tərəfdaşlıqların inkişafı istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olmaqla yanaşı, həm də elm, təhsil və innovasiyanın inteqrasiyasına əsaslanan strateji yanaşmanın, sənaye və özəl sektorla qurulan funksional əməkdaşlığın, eləcə də insan kapitalının inkişafına yönəlmiş kompleks islahatların göstəricisidir.

Bu dövrdə universitetdə qabaqcıl tədqiqat istiqamətlərinin dəstəklənməsi, tətbiqyönümlü layihələrin təşviqi, tələbə-məzun bacarıqlarının əmək bazarının çağırışlarına uyğunlaşdırılması və rəqəmsal transformasiya ilə müşayiət olunan idarəetmə modellərinin tətbiqi kimi mühüm təşəbbüslər həyata keçirilib. Eyni zamanda, BDU beynəlxalq şəbəkələrdə fəal iştirakını genişləndirərək, nüfuzlu akademik institutlarla, sənaye liderləri və texnoloji şirkətlərlə tərəfdaşlıq əlaqələrini gücləndirib, bu əməkdaşlıqlar vasitəsilə həm elmi nəticələrin praktiki tətbiqini, həm də innovasiya yönümlü tədris mühitinin formalaşmasını təmin edib.

BDU rəhbərliyi bu mühüm göstəricinin əldə olunmasında əməyi olan akademik və inzibati heyətə, tələbələrə və universitetin bütün tərəfdaşlarına dərin təşəkkürünü bildirir. Universitet növbəti illərdə daha yüksək pillələrdə yer almağı və Azərbaycanın beynəlxalq ali təhsil məkanında mövqeyinin güclənməsinə töhfə verməyi qarşıya əsas məqsəd kimi qoyur. 

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na əsasən, ölkənin ən azı üç ali təhsil müəssisəsinin dünyada TOP-800-lükdə təmsil olunması strateji hədəf kimi müəyyən edilib.

Şərhlər

Xəbər lenti

19 iyun, 18:45

“Sertifikasiyanın müəllimlərin inkişafına çox faydası var” – Bölgə müəllimləri ilə söhbət

19 iyun, 18:02

Sertifikatlaşdırmada maksimum bal toplayan müəllim Vətən müharibəsi iştirakçısı imiş – FOTO

19 iyun, 18:01

Tibbdə yeniliklər etmək istəyirəm Respublika 3-cüsü 

19 iyun, 17:29

Xaçmaz müəllimi sertifikatlaşdırmada maksimum bal toplayıb

19 iyun, 17:29

“Baku ID” innovasiya festivalı keçirilir

19 iyun, 17:20

“Uğur üçün əlavə hazırlıq yox, məsuliyyət kifayətdir” – Sertifikatlaşdırma təcrübələri

19 iyun, 17:15

Maksimum bal toplayan abituriyent: “Özümü gələcəyin savadlı kadrı kimi görürəm”

19 iyun, 17:10

Region müəllimləri sertifikasiya təəssüratlarını bölüşdülər

19 iyun, 16:48

Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək komanda üzvlərinə laboratoriya dərsləri keçirilir

19 iyun, 16:29

“Uğurlu nəticə əldə edənlər daha üstün bacarıqlara sahibdirlər” - Naxçıvan müəllimləri 

19 iyun, 16:27

Şəkidə sertifikasiya imtahanı – müəllimlərin gözü ilə

19 iyun, 16:27

Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir

19 iyun, 16:20

Nazir reytinqdə yer alan ali məktəblərin heyətini təbrik edib

19 iyun, 15:53

“Sertifikatlaşdırma müəllimlərin karyerada irəliləmələri üçün vacibdir– Mehriban Vəliyeva

19 iyun, 15:50

Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi qeyd olunub

19 iyun, 15:45

“İstirahət edəndə özümü günahkar hiss edirdim” – 400 bal toplayan məktəbli

19 iyun, 15:30

LDU dünyanın ən nüfuzlu universitetləri siyahısında yer alıb

19 iyun, 15:25

SDU ilk dəfə “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alıb

19 iyun, 15:16

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlərə ŞAD XƏBƏR

19 iyun, 15:13

Sertifikasiya suallarını kimlər hazırlayır? – RƏSMİ CAVAB

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.