
Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS 2025) uğurla başa çatıb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) həyata keçirdiyi bu beynəlxalq qiymətləndirmə tədqiqatı 5 yaşlı uşaqların bilik, bacarıq və rifah göstəricilərini qiymətləndirmək məqsədi daşıyır.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədqiqat çərçivəsində Azərbaycanın 208 təhsil müəssisəsindən 2678 uşaq iştirak edib. Uşaqların ilkin savadlılıq və riyazi bacarıqları, sosial-emosional inkişafı və idrak qabiliyyətləri innovativ metodlarla ölçülüb. Valideynlər və müəllimlər isə erkən öyrənmə təcrübələri, ev mühiti və sosial amillərlə bağlı sorğulara cavab veriblər.
Azərbaycan Respublikasında IELS 2025 tədqiqatı Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən təşkil olunub. Qiymətləndirmə prosesi beynəlxalq standartlara uyğun aparılıb və məlumatların etibarlılığına xüsusi diqqət yetirilib.
IELS 2025-in nəticələri İƏİT tərəfindən hazırlanan beynəlxalq hesabatda təqdim ediləcək. Bu hesabat ölkələr arasında erkən təhsil sahəsindəki fərqləri və oxşarlıqları təhlil etməyə imkan verəcək. Azərbaycan üçün əldə edilən məlumatlar yerli təhsil siyasətinin formalaşdırılmasına, erkən öyrənmə sahəsində inkişaf istiqamətlərinin müəyyən olunmasına və müvafiq strategiyaların hazırlanmasına töhfə verəcək.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər